UNESCO-da Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı informasiya görüşü keçirilib

Parisdə UNESCO-nun baş qərargahında mayın 5-6–da Bakıda keçiriləcək Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumatlılığı gücləndirmək məqsədilə informasiya görüşü təşkil edilib.

Parisdə UNESCO-nun baş qərargahında mayın 5-6-da Bakıda keçiriləcək Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumatlılığı gücləndirmək məqsədilə informasiya görüşü təşkil edilib. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşü UNESCO baş direktorunun xarici əlaqələr və ictimai informasiya üzrə köməkçisi Erik Falt açaraq, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlərarası dialoq platformasına çevrilməsindən danışıb. "Bakı prosesi"ndən söz açan E.Falt forumun getdikcə daha vacib platformaya çevrildiyini və 100-dən çox ölkənin nümayəndəsini bir araya gətirdiyini vurğulayıb. "Bakı prosesi" haqqında geniş məlumat verən Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov ölkəmizin artıq 10 ildir ki, bu forumu təşkil etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31