Musiqili Teatrda “Arşın mal alan”
Milli Teatr Günü Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri nümayiş olunub. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, tamaşanın nümayişindən öncə Dövlət Musiqili Teatrının əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova çıxış edib. Çıxışında Azərbaycan teatr sənətinin keçdiyi 144 illik şərəfli yola qısaca nəzər salan V. Mühacirova bu tarixi prosesdə Musiqili Teatrın oynadığı roldan, gördüyü işlərdən söz açıb.
13 Mart 2017 13:30 MədəniyyətMilli Teatr Günü Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsəri nümayiş olunub. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, tamaşanın nümayişindən öncə Dövlət Musiqili Teatrının əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova çıxış edib. Çıxışında Azərbaycan teatr sənətinin keçdiyi 144 illik şərəfli yola qısaca nəzər salan V. Mühacirova bu tarixi prosesdə Musiqili Teatrın oynadığı roldan, gördüyü işlərdən söz açıb.
Daha sonar Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsəri tamaşaçılara təqdim olunub. Tamaşada rolları Azərbaycan Respublikasının Əməkdar artistləri Əzizağa Əzizov, Nahidə Orucova, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Səmədzadə Xasıyev, Ülviyyə Əliyeva, Elxan İsmayılov və Mehriban Zalıyeva ifa ediblər. Qeyd edək ki, tamaşanın bərpaçı rejissoru Əhəd Hacıyev, dirijoru Əmədar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadı.