Gündəm
BNA daha bir dəyişiklik etdi
4 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub. Bildirilib ki, dəyişikliyə əsasən, akademik Həsən Əliyev, Ceyhunbəy Hacıbəyli küçələri, eləcə də M.K. Atatürk prospektində yaşayan sakinlərin 4 nömrəli müntəzəm marşrut xəttindən istifadə etməklə Montin qəsəbəsi, metronun N.Nərimanov və Ş.İ.Xətai stansiyalarına rahat gediş-gəlişi təmin ediləcək. Belə ki, bu marşrut xətti üzrə avtobuslar metorunun Ş.İ.Xətai stansiyası istiqamətində hərəkət edərkən F.X.Xoyski küçəsindən M.K.Atatürk prospektinə, daha sonra akademik Həsən Əliyev və Ceyhunbəy Hacıbəyli küçələrindən keçməklə yolunu davam etdirəcək. Məlumat üçün bildiririk ki, 4 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 20 mart tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.
Keçmiş məhkum valideynlərini bıçaqladı
Martın 12-də Xətai rayonu ərazisində yaşayan, əvvəllər məhkum olunmuş Emin Sadıqov evində münaqişə zəminində əvvəllər məhkum olunmuş atası Salehə və anası Yasəmənə bıçaqla xəsarət yetirib. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində Saleh ölüb, Yasəmən isə xəstəxanaya yerləşdirilib. Xətai RPİ 36-cı PB əməkdaşları tərəfindən görülən tədbirlərlə E.Sadıqov tutulub.
Polisi şantaj edənlər tutuldu
Martın 10-da Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı Cavad Həsənov Şöbənin rəhbərliyinə raportla müraciət edərək bir qrup rayon sakininin guya barəsində olan rüsvayedici videogörüntüləri sosial şəbəkədə yayacaqları ilə hədələyib ondan 3.000 manat pul tələb etdiyini bildirib. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri - əvvəllər məhkum olunmuş Ələddin İsmayılov, Çingiz və Yusif Kazımovlar rayon ərazisindəki kafelərdən birində 1000 manat məbləğində pulu polis əməkdaşından alarkən tutulublar. Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
“FHN əməkdaşına” hökm oxunub
Martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Etibar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə E.Əliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, E.Əliyevə şərti cəza verilib.
Komitə sədri: “Türkiyə və Niderland arasındakı gərginlik böyük problemlərə gətirəcək”
“Son zamanlar Avropada çox yüksək dözümsüzlük nümayiş olunur. Bu dözümsüzlük təəssüflər olsun ki, xüsusilə də müsəlman ölkələrinə qarşı yönəlib. Biz bunu görürük və eşidirik”. Bunu deyən millət vəkili, Milli Məclisinin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun sözlərinə görə, biz Türkiyəni haqlı olaraq dəstəkləyirik: “Bu baxımdan ki, həmin Avropa ölkələrinin əksəriyyəti insan haqları, demokratiya, sərbəst toplaşmaqla bağlı müxtəlif fikirlər söyləyirlər.
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun görüşü olub
Milli Məclisdə Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri arasında görüş keçirilib. “Olaylar” xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Feyziyev iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib.
Qənirə Paşayeva Türkiyədə “Qarabağ hekayələri”nin təqdimatını keçirdi
İspartada “Karabağ hikayeleri”nin təqdimat və imzalanması böyük maraqla qarşılanıb.Türkiyənin İsparta vilayətində millət vəkili Qənirə Paşayeva və araştırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub.
Əmisi qızını zorlayan azərbaycanlı Rusiyada tutuldu
Azərbaycanda zorlama əməlinə görə axtarışda olan E.Siyahbərzadə Rusiyada saxlanılıb.
Avropa Türkiyəni itirməkdən TƏLAŞLANIR+ ÇAĞIRIŞLAR
AŞPA sədri Pedro Arqamunt Türkiyə ilə Avropa arasında artan xətlə davam edən gərginliyin narahatedici olduğunu deyib. “Türkiyəyə qarşı gərginlik başa çatmayıb”-deyə qeyd edən Arqamunt böhranlı vəziyyətin aradan qaldırılacağına ümid etdiyini deyib.
“Bu, Almaniya və Niderlandın Türkiyədəki referenduma müdaxiləsidir”
“Həm Almaniyada, həm də Niderlandda türk icmasına toplantı keçirib istənilən şəxsləri dəvət etməyə icazənin verilməməsi Avropanın demokratiya, söz azadlığı prinsiplərinə zidd olan bir addımdır”.
Nabi Avcı: “Hollandiya və Almaniya FETÖ terrorçularına ev sahibliyi edir”
Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı, terrorçulara ev sahibliyi edərək Türkiyə ilə münasibətlərini laxladan Avropanın FETÖ-nün mərkəzi halına gəldiyini bəyan edib. Bu barədə “Takvim” nəşri yazır. Türk nəşri qeyd edir ki, Nabi Avcı bu gün Almaniyanın və Hollandiyanın bir sıra bürokratik dairələrində FETÖ-çülərin qaldığını bildirib və qeyd edib ki, hazırda Avropa ölkələri ilə Türkiyənin arasında yaşanan böhranda gülənçilər ciddi rol oynayırlar.
Dərs oxumadığı üçün onu döyən valideyinlərini polisə verdi
Ərzurumda 12 yaşlı E.E. dərs oxumadığı üçün onu döyən ana və atasından polisə şikayət edib. Hadisə, 10 mart tarixində, saat 00.15 mərkəz Yakutiye mahalında yerləşən Şükrüpaşa məhəlləsində qeydə alınıb.
Somalidə terror
Somalinin paytaxtı Mogadişuda şəhərin insanlarla sıx olan yerində terror hadisəsi baş verib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Vehliyə otelinin önünə partlayıcı qurğu olan olan avtomobilin partladılması nəticəsində bu gün günorta saatlarında Somalidə terror hadisəsi baş verib. İlkin məlumatlara görə partlayış zamanı 8 nəfər həyatını itirib.
Aureliya Qriqoriu: "İslamofobiya Avropada yolverilməz hərəkətlərə gətirib çıxarıb"
Niderland hakimiyyətinin hərəkətləri onun dünyanın ən tolerant ölkələrindən biri statusunu itirdiyini göstərir. Bunu Modlova İctimai Palatasının sədri (ombudsman), tanınmış hüquq müdafiəçisi Aureliya Qriqoriu deyib.
Putin Sarkisyanı Moskvaya çağırdı - Mövzu Dağlıq Qarabağ
Ermənistan prezidenti Serj Sarkisyan martın 14-15-də Rusiya prezidenti Vladimir Putinin dəvətilə Moskvaya yola düşəcək. Kremlin mətbuat xidmətinin yadığı məlumata görə, martın 15-də yüksək səviyyədə keçirilən görüşlər zamanı ikitərəfli münasibətlərin inkişaf prespektivləri, iqtisadi münasibətlər müzakirə ediləcək.














