Gündəm

Dövlətçilik tarixi və dövlət rəmzləri gənclər arasında təbliğ olunacaq

13 Mart 2017 15:59

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Üfüq Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan Dövlətçilik tarixi və dövlət rəmzlərinin interaktiv üsullarla gənclər arasında təbliği – yeni mərhələ” layihəsinin icrasına başlanıb.

Qəbələ və İsmayıllı rayonlarında 22 nəfər işsiz və işaxtaran şəxsə mal və materiallar verilib

13 Mart 2017 15:57

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində Qəbələ və İsmayıllı rayonlarında bir qrup işsiz və işaxtaran şəxs ailə bizneslərini qurmaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunub.

Səhiyyədə yeni qaydalar

13 Mart 2017 15:50

"Hollandiya tarixinə qara səhifə yazdı"

13 Mart 2017 15:41

“Hollandiyanın ötən həftənin axırında Türkiyənin iki hökumət üzvlərinə qarşı etdikləri nə diplomatik qaydalara, nə də insanlığa sığmayan addımdır”. Bunu deputat Aydın Mirzəzadə deyib.

"Azərbaycan razı olmaz ki, torpaqlarının işğalı davam etsin"

13 Mart 2017 15:39

“Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ardıcıl siyasətini davam etdirir. Dövlət başçısının Fransaya səfəri zamanı da müzakirə ediləcək əsas məsələ təbii ki, Qarabağ münaqişəsinin nizamlanması olacaq”.

Fransalı senator bəzi həmkarlarının Dağlıq Qarabağa səfər etməsini pislədi

13 Mart 2017 15:37

Bu gün Milli Məclisdə Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri arasında görüş keçirilib.

“Boy çiçəyi" təqdim olundu

13 Mart 2017 15:34

Akademik Milli Dram Teatrında görkəmli aktyor, xalq artisti Ramiz  Novruzun iştirakı ilə “Boy çiçəyi" səhnə əsərinin ilk tamaşası təqdim olunub. Teatrın mətbuat xidmətindən “Olaylar” – a  verilən məlumata görə, xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir.

"Neft Daşları” yatağında yeni quyu qazılır

13 Mart 2017 15:32

“Neft Daşları” yatağındakı 2150 nömrəli meydançadan 2366 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1780 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Azərbaycan qarşı başlanmış basqının səbəbləri başqa idi

13 Mart 2017 15:31

“Mədən Hasilatında Şəffaflıq Təşəbbüsdə Azərbaycan qarşı başlanmış basqının səbəbləri başqa idi. Nə deyirlərsə, hətta düz dedikləri belə sadəcə bəhanədir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov səsləndirib.

Prezident hər il minlərlə ailəyə sevinc bəxş edir

13 Mart 2017 15:29

“Dünyanın digər hər hansı bir ölkəsində belə bir pratktika mövcud deyil ki, ölkə başçısı öz konstitusion hüquqlarından istifadə edib ildə bir neçə dəfə əfv sərəncamı imzalasın”. Bunu deyən millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, ancaq Azərbaycan prezidenti İlham Əliyev öz konstitusion hüququndan istifadə edərək, ildə bir neçə dəfə belə təşəbbüslə çıxış edir: “Minlərlə ailəyə sevinc bəxş edir. Hələ demirəm ki, daha genişəhatəli amnistiya aktları qəbul olunur və bunun nəticəsində minlərlə insan cəzadan azad edilir.

ADU-da “Ağacəkmə günü”

13 Mart 2017 15:26

Martın 13-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları və çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Çin milli bayramına həsr olunmuş “Ağacəkmə günü” münasibəti ilə universitet ərazisində ağacəkmə kampaniyasında iştirak ediblər.

"Bir kişi arvad adı, fotosu ilə Facebook-a girirsə..." - Siyavuş Novruzov

13 Mart 2017 15:21

"Əgər bir kişi öz profilində arvad fotosu və adı yerləşdirərək şərh yazırsa, ondan nə kişi olacaq? Bu cür hərəkətlər heç bir qanuna və kişiliyə sığmır". Bunu açıqlamasında Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov sosial şəbəkələrlə bağlı təklifinə qarşı çıxan şəxslərə cavab verərkən deyib.

Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru ola bilər

13 Mart 2017 15:19

Azərbaycan Rusiyadakı səfiri Polad Bülbüloğlu BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə namizəd olub. onun namizədliyini Azərbaycan rəsmən YUNESKO-nun İcraiyyə Şurasına təqdim edib.

Gizli əmək haqlarının leqallaşdırlması

13 Mart 2017 15:12

“Əmək pensiyaları haqqında” qanuna edilən əlavə və dədəyişiklklər millət vəkilləri tərəfindən birmənalı qarşılanmayıb. Xüsusən, əməmk pensiyası üçün yaş həddinin 65-ə çatdırılması fikir ayrılığına səbəb olub. Xatırladaq ki, qanunvericilikdə edilən dəyişikliyə əsasən əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

İdman Akademiyası yeni magistr ixtisaslarına qəbul keçirəcək

13 Mart 2017 15:10

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) üç yeni magist ixtisasları-İdman Tibbi və Reabilitasiya, İdman Menecmenti və İdman Jurnalistikası üzrə sənəd qəbulunu elan edir. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, ADBTİA-nın tədrisi ingilis dilində olacaq bu ixtisaslar üzrə təhsil almaq istəyən bakalavrlar, Dövlət İmtahan Mərkəzinin magistr imtahanının yalnız birinci mərhələsini keçməli və Mərkəz tərəfindən birinci mərhələ üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəməlidirlər.