Gündəm

Bakı məktəblərində təmayüllərin hansı istiqamətlər üzrə təşkil olunacağı açıqlanıb

13 Mart 2017 16:47

Bakı məktəblərində təmayül siniflərinin hansı istiqamətlər üzrə təşkil olunacağı açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən cavabda bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində texniki, humanitar, riyaziyyat-iqtisadiyyat və təbiət istiqamətləri üzrə tədrisin təşkil edilməsi nəzərdə tutulub. Təmayüllərin hansı istiqamət üzrə üstünlük təşkil etməsi isə şagird kontingentinin istəyinə əsasən, məktəblərdən toplanmış müraciətlərə əsaslanır. Hazırda təkliflərin qəbulu və təhlili aparılır.

Hollandiyadan Türkiyənin notasına cavab: Diqqətli olun

13 Mart 2017 16:41

Xəbər verdiyimiz kimi, Türkiyə Hollandiyaya iki nota verib. Notalar xarici işlər naziri Mövlüd Çavuşoğlunun təyyarəsinə uçuş izni verilməməsi, daha sonra türkiyəli nazir Fatma Betül Sayan Kayanın Rotterdamdakı türk konsulluğuna buraxılmaması səbəbi ilə verilib.

Azər Badamov: "Edilən dəyişiklik daha çox məbləğdə pensiya hesablanmasına gətirib çıxaracaq"

13 Mart 2017 16:39

Milli Məclisin 10 mart tarixində keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunaraq qəbul olunub. Bu sözləri millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, qanunda əmək pensiyalarının hesablanmasının yeni qaydaları və əmək pensiya yaşı ilə əlaqədar mühüm dəyişikliklər həyata keçirilib. “Dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 110 manat müəyyən olunub. Yeni qaydalara görə artıq pensiyanın hesablanmasında baza hissəsi ləğv olunaraq, ancaq sığorta hissəsi və yığım hissəsinə görə əmək pensiyaları təyin olunacaqdır. Həm də yaşa görə əmək pensiya hüququnun əldə edilməsinin yaş həddi kişilər və qadınlar üçün 2017-ci ildə başlayaraq hər il 6 ay əlavə olunmaqla kişilərə 2021-ci ildən 65 yaş, qadınlar üçün isə 2027-ci ildən 65 yaş müəyyən olunub.

Əsəd onlara vətəndaşlıq verdi

13 Mart 2017 16:37

Fırat Qalxanı hərakatı ilə Cerablus və El – Babı İŞİD – dən təmizləyən Türk Silahlı Qüvvələrinin növbəti hədəfi Münbiçdi. Türkiyənin bu hərakatı Əsəd rejimini, İranı, ABŞ və Rusiyanı qorxudub.

Vladimir Jirinovski türkcə oxudu - VİDEO

13 Mart 2017 16:26

Rusiya Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski "Rusiya-1" telekanalında yayımlanan "Axşam Vladimir Solovyovla" verilişində özünü Türkiyənin əsl dostu elan edib. Partiya sədrinin iddiasına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu məhz bu səbəbdən qəbul edib.

İslandiyalı mütəxəssis ADU-da mühazirə oxuyub

13 Mart 2017 16:22

Martın 13-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Skandinaviya Mərkəzinin və Beynəlxalq şöbənin birgə təşkilatçılığı ilə Yaxın Şərq Araşdırmalar Mərkəzinin direktoru, İslandiya Universitetinin əməkdaşı Thorir Harundal “Ərəb mənbələrində ruslar (vikinqlər)” mövzusunda mühazirə oxuyub.

Elbəy Qasımzadə: “Nərimanovun heykəlinə toxunmaq olmaz”

13 Mart 2017 16:21

Memarlar İttifaqı Azərbaycanın ən uzun tarixi olan ictimai təşkilatlarından biridir. Keçən ilin dekabrında ittifaqımızın 80 illiyi təntənəli şəkildə qeyd olundu. Möhtərəm  prezidentimiz İlham Əliyevin sərəncamları ilə 18 nəfər Azərbaycanın ən fəal memarları təltif olundular.

“Baş verənlər Hollandiyanın demokratik ölkə kimi imicinə ciddi xələl gətirir”

13 Mart 2017 16:17

“Son vaxtlar həm ABŞ-da, həm də Avropada islamofobiya meyllərinin gücləndiyi müşahidə olunur”. Bunu  Niderlandın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı Konsulluğuna buraxılmayaraq ölkədən çıxarılmasına münasibət bildirən millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bildirib.

Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv edən silah alıb

13 Mart 2017 16:15

Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan silah alıb.  Türkiyənin “Harp ARGE” şirkəti bu silahı ilk dəfə Azərbaycana ixrac edib. Pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan bu silah hazırda Türkiyədə polis və ordu tərəfindən terrorla mübarizədə aktiv istifadə edilir. 

Səfir: "İranlı siyasətçilərin Türkiyəyə getməmək çağırışları qəbulolunmazdır"

13 Mart 2017 16:13

Bir sıra İran siyasətçilərinin ölkə vətəndaşlarına Novruz bayramı günlərində Türkiyəyə istirahətə getməmələri barədə çağırışları dostluq və mehriban qonşuluq ruhuna cavab vermir. Bunu Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin deyib.

Erməni əsilli rusiyalı siyasətçi və aparıcıdan həyasızlıq - Şuşadan Bakını ittiham etdilər

13 Mart 2017 16:09

Rusiyalı siyasətçi, yumsaq deyilsə, ifrat ermənipərəst mövqeyi ilə seçilən Semyon Baqdasarov (və ya Baqdasaryan) və tanınmış teleaparıcı Roman Babayan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.

Konsorsium rəhbəri: "TANAP alternativ deyil, tamamlayıcı layihədir"

13 Mart 2017 16:06

Transanadolu boru kəməri (TANAP) hər hansı bir layihənin alternativi deyil, əksinə, tamamlayıcı bir layihədir.

"Türkiyəli nazirlərin Niderlanda buraxılmaması beynəlxalq hüquqa hörmətsizlikdir"

13 Mart 2017 16:04

"Türkiyəli nazirlərin Niderlanda buraxılmaması təəssüfedici bir haldır". Bunu jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib. Z.Əsgərov bildirib ki, bu həm beynəlxalq hüquqa hörmətsizlik, həm də Vyana Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır: "Türkiyənin iki nazirinə qarşı belə hörmətsizlik edilməsi, əlbəttə, yaxşı hal deyil. Sözsüz ki, Niderlandda yaşayan insanların, konkret ikili vətəndaşlığı olan türklərin də səsvermə hüququ var və referendumda iştirak edəcəklər. Onların da konstitusiyaya dəyişikliklər haqqında məlumat almaq hüququ var. Nazirlər də həmin məlumatları vermək üçün ora getmişdilər. Onların başqa məqsədi yox idi".

"Vitse-prezidentlərlə bağlı qanun qəbul ediləcək"

13 Mart 2017 16:02

“Birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı , hüquqları və digər məsələlərlə bağlı qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər”.  Bunu Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Ziyafət Əsgərov deyib. Birinci vitse-spiker həmçinin qeyd edib ki, hətta ola bilsin ki, Konstitusiyanın tələblərinə uyğun olaraq ayrı qanun da qəbul edilə bilər: “Yaxud da birinci vitse-prezident və ya vitse-prezident barədə prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunan əsasnamə də ola bilər. Yəni hər şey mümkündür”.

Farid Zakariya: “Qlobal Bakı Forumu beynəlxalq problemlərin müzakirəsi üçün unikal imkandır”

13 Mart 2017 16:00

“Qlobal Bakı Forumu bütün dünyadan və regiondan olan insanların bir araya gələrək problemləri müzakirə etməsi üçün unikal imkandır”. “OLAYLAR”-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, bu fikirləri tanınmış amerikalı politoloq və jurnalist Farid Zakariya bildirib.