Konsorsium rəhbəri: "TANAP alternativ deyil, tamamlayıcı layihədir"
Transanadolu boru kəməri (TANAP) hər hansı bir layihənin alternativi deyil, əksinə, tamamlayıcı bir layihədir.
13 Mart 2017 16:06 İqtisadiyyatTransanadolu boru kəməri (TANAP) hər hansı bir layihənin alternativi deyil, əksinə, tamamlayıcı bir layihədir. Bunu TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib.
Onun sözlərinə görə, bu layihə çərçivəsində işlərin 65 faizi artıq başa çatıb.
Konsorsium rəhbəri vurğulayıb ki, TANAP layihəsinin "Türk axını" tərəfindən rəqabətə məruz qalması istisna olunur.
"Türk axını" ilə TANAP layihələrinin bir-birinə təsir etməsi imkanlarını şərh edən S.Düzyol qeyd edib ki, TANAP barədə bütün sazişlər artıq imzalanıb. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31