Hollandiyadan Türkiyənin notasına cavab: Diqqətli olun

Xəbər verdiyimiz kimi, Türkiyə Hollandiyaya iki nota verib. Notalar xarici işlər naziri Mövlüd Çavuşoğlunun təyyarəsinə uçuş izni verilməməsi, daha sonra türkiyəli nazir Fatma Betül Sayan Kayanın Rotterdamdakı türk konsulluğuna buraxılmaması səbəbi ilə verilib.

Hər iki nota Türkiyə XİN-ə çağırılan Hollandiyanın Ankaradakı səfirinə təqdim edilib. Bu notalara Hollandiyanın da cavabı gecikməyib.
 
Hollandiya Xarici İşlər Nazirliyi Türkiyədə yaşayan həmyerlilərinə müraciət edib və onlardan son dərəcə diqqətli olmalarını xahiş edib.  Azxeber.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31