Gündəm

Artur Rasizadə Bakının 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar qərar imzalayıb

13 Mart 2017 17:58

Azərbaycan baş naziri Artur Rasizadə Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərar imzalayıb. Nazirlər Kabineti Bakı şəhərinin mikrorayonlarında əsasən Fransanın "Kamyu" şirkətinin istehsalı olan və sonralar "Xruşşovka" kimi tanınan müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülərək yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binaların tikilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin əlaqədar təşkilatlarla razılaşdırılmış təklifini nəzərə alaraq, 1-ci mikrorayon ərazisində aparılacaq yenidənqurma işləri üzrə sifarişçi funksiyasını Fövqəladə Hallar Nazirliyinə həvalə edib.

Macarıstanda prezident seçkilərinin nəticələri AÇIQLANDI

13 Mart 2017 17:45

Macarıstan parlamenti iki tur səsvermədən sonra ölkə prezidentini seçib. Hazırkı prezident Yanoş Ader 170 millət vəkilindən 131 səs toplayaraq öz vəzifəsində qalıb. Onun rəqibi, müxalif namizəd Laslo Mayteni isə cəmi 39 səs toplaya bilib.

XİN-dən Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA

13 Mart 2017 17:42

"Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə seçiləcəyi təqdirdə, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə inanırıq". Bunu cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qəzada ölən tələbə qızın son mesajı: "Gecikəcəm" 

13 Mart 2017 17:41

Bakı-Sumqayıt yolunda baş verən faciəvi qəzada həyatını itirən Lalə Nəsirzadənin rəfiqəsinə göndərdiyi son mesaj ortaya çıxıb. Lalə rəfiqəsi Fəridəyə görüş yerinə beş dəqiqə gecikəcəyi ilə bağlı mesaj göndərir. Bu mesajdan bir neçə dəqiqə sonra isə o faciəvi qəza baş verir.

Bestseller müəllifindən yeni psixoloji roman - RELSLƏR ÜZƏRİNƏ UZANMIŞ ADAM

13 Mart 2017 17:36

Bu günlərdə araşdırmaçı-yazar, psixoloq Rövşən Abdullaoğlunun yeni psixoloji romanı işıq üzü görüb.  "Relslər üzərinə uzanmış adam" adlı roman çox fərqli bir səpkidə yazılıb. Kitab oxucunu elə ilk səhifələrindəncə özünə cəlb edir. Əsərdə müasir dünyanın bir sıra ictimai, psixoloji və fəlsəfi problemlərinə toxunulub.

Bakı-Sumqayıt yolundakı qəzada dünyasını dəyişən Çinarənin TELEFONU OĞURLANDI

13 Mart 2017 17:30

Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəza zamanı dünyasını dəyişən 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızına qarşı iyrənc əməl eşidənləri sarsıdıb.

“Sürücü bir anlıq maqnitofona baxıb…” - Yaralı Əfsər 

13 Mart 2017 17:24

""Ford"un sürücüsü Namiq dayı deyib-gülən biri olduğu üçün həmişə tələbələr onunla getmək istəyirdi. Nə bilərdik, başımıza belə bir hadisə gələcək".

Aİ və NATO-dan Türkiyə və Niderlanda çağırış: "Gərginliyi azaldın"

13 Mart 2017 17:23

NATO-nun baş katibi Yens Stoltenberq alyansın iki üzvü - Türkiyə və Niderlandı gərginliyi azaltmağa çağırıb.

Rusiyadan Türkiyə-Hollandiya qalmaqalına REAKSİYA

13 Mart 2017 17:21

Rəsmi Moskva Türkiyə və Hollandiya arasında yaranan gərginliyin azaldılması üçün ölkələri təmkinli olmağa və konstruktiv mövqe sərgilməyə çağırıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Niderland qorxuya düşüb" - Elman Nəsirov

13 Mart 2017 17:19

"Türkiyə xarici işlər nazirinin təyyarəsinin Niderlanda buraxılmaması Niderlandın Türkiyəyə qarşı qərəzidir". Bu barədə  millət vəkili Elman Nəsirov deyib. Millət vəkili bildirib ki, Niderland bu addımı ilə bir daha sərbəst toplaşma azadlığına mane olduğunu bəyan edir: "Bu, dünya tarixində anoloqu olmayan bir hadisədir. Bu ona dəlalət edir ki, Avropa İttifaqının, onun ayrı-ayrı üzvlərinin, əlində bayraq etdiyi sərbəst toplaşma azadlığı, insan hüquqlarının müdafiəsi, demokratiya ilə bağlı yanaşmalar sabun köpüyündən başqa bir şey deyil. Bu bir fon yaratmaqdır. Reallıqda isə Niderlandda nə insanların sərbəst toplaşmaq hüququ, nə də insan hüquqlarının müdafiəsinə hörmət var. Bu gün bütün beynəlxalq ictimaiyyət buna bir daha şahid oldu. Türkiyədə keçiriləcək referendumda xalqın əksəriyyəti "hə" deyəcək və Niderland da bundan qorxuya düşüb. Onlar müsəlman ölkəsi olaraq Türkiyənin güclənməsini istəmirlər".

Külli miqdarda zəlinin ölkədən çıxarılmasının qarşısı alınıb

13 Mart 2017 16:55

Azərbaycan gömrükçüləri daha bir fakt üzrə külli miqdarda zəlinin ölkə ərazisindən qanunsuz yolla çıxarılmasına cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Astara Gömrük İdarəsinin yük şöbəsində İranın vətəndaşı Shafabakhsh Mehran Omran oğlunun idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib.

Ürək qüsurlu uşaqlar üçün “Özəl yaz kampaniyası” keçirilir

13 Mart 2017 16:54

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında uşaqlar üçün “Özəl yaz kampaniyası” keçirilir. Martın 1-dən başlayan aksiya çərçivəsində 18 yaşadək olan uşaqlarda ürəkdə olan problemləri aradan qaldırmaq üçün kardioloji check-up (EXO, EKG və müayinə) müayinəsi aparılır.

Fransızlar Azərbaycan və Ermənistan deputatlarını görüşdürəcəklər

13 Mart 2017 16:52

Fransa Senatının üzvü, parlamentin Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar bəzi fransız senatorların separatçı Dağlıq Qarabağ rejiminə səfərlərini tənqid edib. “Olaylar” xəbər verir ki, bu barədə fikirlərini A.Reyşar Milli Məclisdə keçirdiyi mətbuat konfransında səsləndirib. A.Reyşar qeyd edib ki, Fransa dövləti və rəsmi qurumları Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinə hörmətlə yanaşır. Həmin həmkarlarının belə səfərlərinin qanunazidd olduğunu bildirən senator qeyd edib ki, hər bir kəsin borcudur ki, beynəlxalq qanunlara əsasən Azərbaycanın hüdudlarına hörmətlə yanaşsın: “Bizim hökumətin mövqeyi odur ki, hər bir dövlətin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, hörmətlə yanaşılmaldır”. O, həmçinin bildirib ki, səfər çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan silahlıları ilə təmas xəttində olublar və vəziyyətin hazırkı durumu onları ciddi narahat edir: “Biz münaqişənin tez bir zamanda həll olunmasını istəyirik”. 

Səlahəddin Dəmirtaşın Ermənistan sevgisi

13 Mart 2017 16:50

Türkiyədə terrorçu PKK təşkilatının siyasi qanadı kimi tanınan Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş Ermənistanın maraqlarına xidmət edən açıqlama ilə çıxış edib. “OLAYLAR” -ın xəbərinə görə, HDP sədri partiyasının qrup toplantısında çıxış edərkən Ermənistanın müdafiəsinə qalxıb və Azərbaycanın Qarabağdan əl çəkməsinin zəruri olduğunu söyəyib: “Azərbaycan Qarabağdan vaz keçməlidir”. Dəmirtaş deyib ki, Dağlıq Qarabağ muxtar bir qurumdur və onun status tanınmalıdır: “Amma Türkiyə Azərbaycan yolundan yayındıraraq müharibəyə sürükləyir. Azərbaycan bu problemi müharibə deyil, danışıqlar yolu ilə həll etməlidir”.

ADP-dən Hollandiyaya etiraz

13 Mart 2017 16:49

Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan “OLAYLAR”-a bildirilib ki, toplantıda ölkədə və dünyada baş verən mühüm ictimai-siyasi hadisələrə dair müzakirələr aparılıb. İlk növbədə Niderland Krallığında Türkiyə Respublikasının dövlət rəsmilərinə, habelə ikili vətəndaşlığı olan türklərə qarşı aşkar hörmətsizlik edilməsi, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasından və meydana çıxan diplomatik qalmaqaldan narahatlıq ifadə edilib.