Gündəm
"Azərsu" ASC-nin işçilərinə fəxri ad və medal verilib (SİYAHI)
Prezident İlham Əliyev “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Telman Ağayevə Prezidentin fərdi təqaüdü verilib
Prezident İlham Əliyev Telman Ağayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Boris Conson: Böyük Britaniya Azərbaycanla enerji sahəsində əməkdaşlıqdan məmnundur
Azərbaycan və Böyük Britaniya Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.
Aİ-dən Türkiyə və Niderlanda çağırış
Avropa İttifaqı Türkiyə ilə Hollandiya arasında yaşanan böhrana münasibət bildirib. Aİ-nin vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Federika Mogereni və qonşuluq siyasəti, genişlənmə üzrə komissar Yohannes Hanın birgə bəyanatında tərəfləri vəziyyəti daha da gərginləşdirəcək addımlardan və bəyanatlardan yayınmağa çağırıb.
I Bakı Beynəlxalq Su Həftəsi öz işinə başlayır
14-18 martda Bakıda “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək.
Mehmet Akif Ersoyun anım günü keçiriləcək
Bakıda Türkiyənin məşhur istiqlal şairi Mehmet Akif Ersoyun anım günü keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, anım günü martın 15-də Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq. Bakı Yunus Əmrə İnstitutunun təşəbbüsü ilə keçiriləcək anım gecəsində Türkiyənin ölkəmizdəki səfirliyinin rəsmiləri, millət vəkilləri, fəal ictimai xadimlər iştirak edəcək. Gecədə Mehmet Akif Ersoyun müəllifi olduğu şerlər səsləndiriləcək, dahi şəxsiyyətin yaradıcılığından söhbət açılacaq.
AHİK-də tələbələrə adlı təqaüdlər təqdim olunub
2017-ci ilin mart ayının 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdlərinin və 2016-cı ildə beynəlxalq tədbirlərdə uğur qazanan bir qrup tələbəyə Fəxri Fərmanlar və pul mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.
Oğrunun digər əməlləri üzə çıxdı
Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Hacı Mehdiyevin ətrafında araşdırma aparılıb. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun fevralın 7-13-də rayon ərazisində 1 avtomobildən və 1 nəfərin çantasından ümumilikdə 480 manat pul, mobil telefon və sənəd oğurlaması da müəyyən edilib.
Piyadanı vurub qaçan sürücü saxlanıb
Martın 7-də Bakı şəhər sakini Fəridə Niftəliyevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən "Opel" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini İslam Bağırov saxlanılıb.
Telefon oğrusu saxlanıb
Martın 8-də Bakı şəhər sakini Sevinc Cabbarovanın mobil telefonu oğurlanıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rüfət Bxşəliyev tutulub.
Axtarışda olanın meyiti tapılıb
Fevralın 5-də Bakı şəhər sakini, 64 yaşlı Firuddin Hüseynovun üzərində baş nahiyəsinə küt alətlə xəsarət yetirilməyə xarakterik olan meyidi Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində tapılıb.
“Qoca qitə”də demokratik dəyərlər yox, ikili standartlar hökm sürür
“Bu gün bir çox dünya dövlətləri kimi Azərbaycan da demokratik inkişaf yolu seçib. Çünki insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təminatı məhz demokratik şəraitdə mövcuddur.
Deputat: Niderlandın Türkiyəyə qarşı etdiyi Avropa demokratiyasına ləkədir
Türkiyənin yüksək çinli diplomatlarının Hollandiyaya buraxılmaması təəccüb və təəssüf doğurur. Bunu millət vəkili Bəxtiyar Sadıqov deyib.
Novruz Məmmədov "Şərəf" ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Novruz Məmmədovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.












