Fransızlar Azərbaycan və Ermənistan deputatlarını görüşdürəcəklər

Fransa Senatının üzvü, parlamentin Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar bəzi fransız senatorların separatçı Dağlıq Qarabağ rejiminə səfərlərini tənqid edib. “Olaylar” xəbər verir ki, bu barədə fikirlərini A.Reyşar Milli Məclisdə keçirdiyi mətbuat konfransında səsləndirib. A.Reyşar qeyd edib ki, Fransa dövləti və rəsmi qurumları Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinə hörmətlə yanaşır. Həmin həmkarlarının belə səfərlərinin qanunazidd olduğunu bildirən senator qeyd edib ki, hər bir kəsin borcudur ki, beynəlxalq qanunlara əsasən Azərbaycanın hüdudlarına hörmətlə yanaşsın: “Bizim hökumətin mövqeyi odur ki, hər bir dövlətin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, hörmətlə yanaşılmaldır”. O, həmçinin bildirib ki, səfər çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan silahlıları ilə təmas xəttində olublar və vəziyyətin hazırkı durumu onları ciddi narahat edir: “Biz münaqişənin tez bir zamanda həll olunmasını istəyirik”. 

Fransa Senatının üzvü, parlamentin Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar bəzi fransız senatorların separatçı Dağlıq Qarabağ rejiminə səfərlərini tənqid edib. "Olaylar" xəbər verir ki, bu barədə fikirlərini A.Reyşar Milli Məclisdə keçirdiyi mətbuat konfransında səsləndirib. A.Reyşar qeyd edib ki, Fransa dövləti və rəsmi qurumları Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinə hörmətlə yanaşır. Həmin həmkarlarının belə səfərlərinin qanunazidd olduğunu bildirən senator qeyd edib ki, hər bir kəsin borcudur ki, beynəlxalq qanunlara əsasən Azərbaycanın hüdudlarına hörmətlə yanaşsın: "Bizim hökumətin mövqeyi odur ki, hər bir dövlətin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, hörmətlə yanaşılmaldır". O, həmçinin bildirib ki, səfər çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan silahlıları ilə təmas xəttində olublar və vəziyyətin hazırkı durumu onları ciddi narahat edir: "Biz münaqişənin tez bir zamanda həll olunmasını istəyirik". 
A.Reyşar deyib ki, Fransa Senatında Azərbaycan parlamentinin nümayəndələri ilə erməni deputatlarla görüşün keçirilməsi planlaşdırılır. A.Reyşar bu məsələ ilə bağlı Senat sədri ilə görüşün keçirildiyini və onun bununla bağlı müsbət rəyinin alındığını qeyd edib: "Bu istiqamətdə müəyyən müsbət addımlar atmaq olar. Görüşün vaxtı hələlik məlum deyil. Çünki bu, hələlik bir təşəbbüsdür. Ancaq Senatın sədri ilə görüşdə ilkin razılığı almışıq. Prezidentlər bu qərarı təsdiq etdikdən sonra yer və tarix barədə dəqiq məlumat vermək olar. Parlament üzvlərinin görüşməsi məsələsi Senatın əvvəlki sədrinin vaxtında gündəmə gətirilmişdi. Lakin görüş baş tutmamışdı. Əsas gözləntimiz dondurulmuş statusa malik münaqişənin həlli istiqamətində müsbət irəliləyiş əldə edilsin. Münaqişə Azərbaycanda stabilliyə çox mənfi təsir göstərir. Bu regionda gərginliyin hökm sürməsinə səbəb olur. Gözləntimiz görüşdə sadalanan neqativlərin aradan qaldırılması istiqamətində müəyyən addımların atılması olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31