ADP-dən Hollandiyaya etiraz
Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan “OLAYLAR”-a bildirilib ki, toplantıda ölkədə və dünyada baş verən mühüm ictimai-siyasi hadisələrə dair müzakirələr aparılıb. İlk növbədə Niderland Krallığında Türkiyə Respublikasının dövlət rəsmilərinə, habelə ikili vətəndaşlığı olan türklərə qarşı aşkar hörmətsizlik edilməsi, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasından və meydana çıxan diplomatik qalmaqaldan narahatlıq ifadə edilib.
13 Mart 2017 16:49 Sosial"Kobud təzyiqlərlə Türkiyəni milli maraqlarından çəkindirməyə çalışmaq yolverilməzdir"
Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, toplantıda ölkədə və dünyada baş verən mühüm ictimai-siyasi hadisələrə dair müzakirələr aparılıb. İlk növbədə Niderland Krallığında Türkiyə Respublikasının dövlət rəsmilərinə, habelə ikili vətəndaşlığı olan türklərə qarşı aşkar hörmətsizlik edilməsi, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasından və meydana çıxan diplomatik qalmaqaldan narahatlıq ifadə edilib.
Qeyd edilib ki, bu hadisə son vaxtlar Türkiyənin Rusiya ilə yaxınlaşması və Suriyada Avropa ilə razılaşdırılmamış bir siyasət yürütməsi ilə bilavasitə əlaqədardır. Avropa ölkələri bilməlidirlər ki, Türkiyənin Avropa Birliyinə nə qədər ehtiyacı varsa, qarşı tərəfin də Türkiyəyə bir o qədər ehtiyacı vardır və bu cür kobud təzyiqlərlə bu ölkəni milli maraqlarından çəkindirməyə çalışmaq yolverilməzdir. Eyni zamanda Avropa dövlətləri nəzərə almalıdır ki, bu cür hadisələr təkcə Türkiyə Avropa əlaqələrinə deyil, digər türkdilli dövlətlərin Avropaya inteqrasiyasına da ciddi zərbə vurur. Bununla yanaşı Avropa ölkəsində dinc aksiyanın zorakılıqla dağıdılması Azərbaycan kimi insan hüquqlarını tez-tez pozan ölkələr üçün dinc aksiyalara məhdudiyyətlərə haqq qazandırılmasına səbəb olduğuna görə də ciddi tənqid edilməlidir.