Prezident hər il minlərlə ailəyə sevinc bəxş edir

“Dünyanın digər hər hansı bir ölkəsində belə bir pratktika mövcud deyil ki, ölkə başçısı öz konstitusion hüquqlarından istifadə edib ildə bir neçə dəfə əfv sərəncamı imzalasın”. Bunu deyən millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, ancaq Azərbaycan prezidenti İlham Əliyev öz konstitusion hüququndan istifadə edərək, ildə bir neçə dəfə belə təşəbbüslə çıxış edir: “Minlərlə ailəyə sevinc bəxş edir. Hələ demirəm ki, daha genişəhatəli amnistiya aktları qəbul olunur və bunun nəticəsində minlərlə insan cəzadan azad edilir.

"Dünyanın digər hər hansı bir ölkəsində belə bir pratktika mövcud deyil ki, ölkə başçısı öz konstitusion hüquqlarından istifadə edib ildə bir neçə dəfə əfv sərəncamı imzalasın". Bunu deyən millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, ancaq Azərbaycan prezidenti İlham Əliyev öz konstitusion hüququndan istifadə edərək, ildə bir neçə dəfə belə təşəbbüslə çıxış edir: "Minlərlə ailəyə sevinc bəxş edir. Hələ demirəm ki, daha genişəhatəli amnistiya aktları qəbul olunur və bunun nəticəsində minlərlə insan cəzadan azad edilir. Belə amnistiya aktları da Azərbaycanın birinci xanımı, bu günlərədək deputat həmkarımız olan, bu gün isə ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə olub. Məhz 12 illik deputat fəaliyyəti dövründə Mehriban xanım Əliyeva dörd dəfə amnistiya aktı təşəbbüsü ilə çıxış edib və nəticədə qırx mindək insan cəzadan azad olunub". Millət vəkilinin sözlərinə görə, bu, bir daha sübut edir ki, Azərbaycan dövlətini idarə edən şəxslər özləri belə təşəbbüslərlə çıxış edərək, humanist addımlar atırlar: "Biz ölkə rəhbəri tərəfindən belə bir humanist addımın bu yaxınlarda da bir daha şahidi olacağıq. Belə ki, Novruz bayramı ərəfəsində Azərbaycan Prezidenti daha bir humanizm nümayiş etdirərərk, növbəti əfv sərəncamı imzalayacaq. Bu əfv sərəncamı ilə yüzdən artıq məhkum azadlığa çıxacaq və yenə də minlərlə insana sevinc bəxş ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31