Dövlətçilik tarixi və dövlət rəmzləri gənclər arasında təbliğ olunacaq
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Üfüq Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan Dövlətçilik tarixi və dövlət rəmzlərinin interaktiv üsullarla gənclər arasında təbliği – yeni mərhələ” layihəsinin icrasına başlanıb.
13 Mart 2017 15:59 SosialGənclər və İdman Nazirliyinin dəstəyi ilə Üfüq Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən həyata keçirilən "Azərbaycan Dövlətçilik tarixi və dövlət rəmzlərinin interaktiv üsullarla gənclər arasında təbliği - yeni mərhələ" layihəsinin icrasına başlanıb. "OLAYLAR"-ın xəbərinə görə, layihənin məqsədi interaktiv metoddan istifadə etməklə gənclərimizdə dövlətçilik tariximizə, dövlət rəmzlərinə hörmət hissini, vətənə məhəbbət hissini gücləndirmək, vətənpərvərlik ruhunun yüksəldilməsi, dövlət rəmzləri ilə bağlı məlumat çatışmazlığının aradan qaldırılması, gənclərin təşəbbüskarlığının artırılması, gənclərimizdə teatr mədəniyyətinə maraq oyatmaq, gənclərin asudə vaxtının səmərəli keçirliməsidir. Layihə çərçivəsində Azərbaycanın 2 regionda - Qəbələ və Şəkidə gənclərin iştirakı ilə teatr forum keçiriləcək. Dövlət rəmzlərimizin təbliği, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün fəaliyyətlə bağlı onların da fikirləri öyrəniləcək, müzakirələr aparılacaq. Layihə çərçivəsində nəşr məhsulları - müxtəlif paylama məhsulları iştirakçılara paylanacaq.