Azərbaycan qarşı başlanmış basqının səbəbləri başqa idi

“Mədən Hasilatında Şəffaflıq Təşəbbüsdə Azərbaycan qarşı başlanmış basqının səbəbləri başqa idi. Nə deyirlərsə, hətta düz dedikləri belə sadəcə bəhanədir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov səsləndirib.

"Mədən Hasilatında Şəffaflıq Təşəbbüsdə Azərbaycan qarşı başlanmış basqının səbəbləri başqa idi. Nə deyirlərsə, hətta düz dedikləri belə sadəcə bəhanədir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov səsləndirib. O, qeyd edib ki, MHTŞ-də olan qüvvələr bu prosesə çatana qədər bir neçə məsləni həll etdilər: "Birincisi, İdarə Heyətinə elə şəxsi seçdilər ki, o Azərbaycanın əleyhinə bütün lazım olanaları etsin. İkincisi, Ermənistanın təşəbbüsə daxil olmasına mane olmasın". Sahib Məmmədov deyib ki, Şahmar Mövsümov və Sabit Bağırov idarə heyətində olanda bunlar mümükün deyildi: " İndi Ermənistanın üzvlüyə qəbul olunmasına heç bir müqavimət göstərməyib işğal olunmuş ərazilər barədə çıxış etmək özünü sığortalamaq idi. O çıxışa ehtiyac da yox idi. 2015-ci ildə Ermənistana deyilmişdi ki, əgər qəbul olunsanız ancaq Ermənistan ərazisi kimi tanınan ərazilərlə bağlı hesabat verə biləcəksiz, Onlar da razılaşmışdır. İndi Azərbaycan orda yoxdur, əvəzində azərbaycanlı dostlarının da köməyi ilə o məsələni də həll edərlər. Elə bil bunları ata-baba yurdlarından ermənilər yox biz qovub çıxarmışıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31