Gizli əmək haqlarının leqallaşdırlması
“Əmək pensiyaları haqqında” qanuna edilən əlavə və dədəyişiklklər millət vəkilləri tərəfindən birmənalı qarşılanmayıb. Xüsusən, əməmk pensiyası üçün yaş həddinin 65-ə çatdırılması fikir ayrılığına səbəb olub. Xatırladaq ki, qanunvericilikdə edilən dəyişikliyə əsasən əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.
13 Mart 2017 15:12 SosialPensiyaların artmasına təsir edə bilər
"Əmək pensiyaları haqqında" qanuna edilən əlavə və dədəyişiklklər millət vəkilləri tərəfindən birmənalı qarşılanmayıb. Xüsusən, əməmk pensiyası üçün yaş həddinin 65-ə çatdırılması fikir ayrılığına səbəb olub. Xatırladaq ki, qanunvericilikdə edilən dəyişikliyə əsasən əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İkinci və üçüncü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Qanuna edilməsi nəzərdə tutulan dəyişikliklər sığorta prinsiplərinə əsaslanmayan xərclərin minimum səviyyəyə endirilməklə maliyyələşdirilməsi mənbələrinin optimallaşdırılması, pensiya təyinatı şərtlərinin hər bir şəxs üzrə ödənilən sosial sığorta haqqının məbləğinə uyğunlaşdırılması, əmək pensiyasının baza hissəsinin restrukturizasiyası və minimum pensiya məbləği göstəricisinin tətbiqi, pensiyaya daha gec çıxmağı stimullaşdıran, pensiyaya daha tez çıxmağa marağı azaldan mexanizmlərin tətbiqi, erkən pensiyaya çıxma hallarının məhdudlaşdırılması, pensiya təminatında dövlət öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin maliyyə mənbəyinin fərqləndirilməsi, kişilər və qadınlar üçün pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması məqsədi daşıyır. Dəyişikliyə əsasən kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq. Deputat Tahir Kərimli bildirib ki, Azərbaycanda pensiyanın verilməsi 3 mərhələdən başlayıb: "Müstəqilliyimizə-1992-ci ilə qədər, 1992-ci ildən 2006-cı ilə qədər, 2006-dan bugünə qədər. 1992-cı ilə qədər 90 min insan pensiyaya çıxıb ki, bunun üçün də dövlət büdcəsindən 147 miliyon pul ayrılıb. Mən hesab edirəm ki, dövlət həmin adamların pensiyasının ödənilməsi üçün kifayət qədər vəsait ayırmalıdır. Bu sistemləri ona görə dedim ki, əgər avtomatlaşdırılmış sistem varsa, bu, o deməkdir ki, insanlar başqa yollarla pensiyaya, əlilliyə çıxmasınlar və başqa yollarla özlərinə əlillik almasınlar. Təsəvvür edək ki, Azərbaycanda 1.3 miliyondan çox pensiyaçı var. Və 300 mindən çox əlillərimiz var. Bunun qarşısını almaqdan ötrü bu sistemi işə salmaq lazımdır, dediyim kimi, müəyyən məsələlər də var ki, burada qarışdırdılar. İnsanların orta ömür səviyyəsi ilə pensiyaçıların orta ömür səviyyəsi tamamilə fərqlidir. Qadın pensiyaçıların orta ömür müddəti 78.5 yaşdır. Kişilərin isə 77.4 yaşdır. Belə çıxır ki, 60 yaşından pensiyaya çıxan qadın, 63 yaşında pensiyaya çıxan kişi dövlət onların saxlanılması üçün, qadınlar üçün 18 il yarım, kişilər üçün 14 ildən artıq əlavə vəsait xərcləyir". Millət vəkili Zahid Oruc bildirib ki, işsizlik faizinin yüksək olduğu şəraitdə yalnız sığorta sisteminə əsaslanan modelə keçilməsi ciddi problemlər yarada bilər: "Faktiki olaraq Fondun büdcəsinə daxilolmalar əsasən dövlət hesabınadır.Gəlirlər azaldıqca valyuta ehtiyalarının xərclənməsi müəyyən islahatalrı tələb edir. Lakin özəl sektorda əmək qabiliyyətli işanların 80 faizinin çalışmasına baxmayaraq,onların ödəmələri ümumi məbləğin 25 faizini keçmir. Deməli, pensiya yaşının qaldırılması üçün irəliyə sürülən arqumentlərdən biri-büdcə gəlirləri, gizli əmək haqlarının leqallaşdırlmasından keçməlidir. O halda, əhalinin cəmi 6 faizini təşkil edən pensiyaçılar üçün qənəat rejimi, yaxud imtiyazlı təbəqə ilə aralarındakı sosial ödəmələrdəki fərqi aradan qaldırmağın tamam ayrı yollarını tapmaq mümkün olar". Deputat daha sonra dövlət qulluqçuları, yaxud, prokurorluq orqanlarına yeni qanunun tətbiqinin yaradacağı fəsadlardan danışıb: "Tutaq ki,indi qüvvədə olan qanunla mən 14 illik qulluq stajına malikəm. Hazırda qüvvədə olan qanunvericilikdən çıxış edib həyatımı qurmuşam. İndi yeni normaların bizə tətbiqi hüququn baş prinsipinə-vətəndaşların ziyanına geriyə qüvvəsinin olmaması" müddəasına zidd olacaq. Lakin bu hələ hamısı deyil. Üstəlik, gənclərin dövlət orqanlarında, yaxud digər hakimiyyət qollarında təmsiliçiyi daha da çətinləşəcək. 25 və ya 35 il işləmək məcburiyyəti kadrların əvəzlənməsini çətinləşdirəcək. Kreslosunu itirmək istəməmək məcburiyyətə çevriləcək. Yeni qanun nəsillərarası konflikti dərinləşdirə bilər. Özü də günah bu halda böyüklərdə olmayacaq. Çünki onlar gələcək uzunmüddətli qulluq stajını yığmaq üçün məcburən vəzifələrini itirmək istəməyəcəklər". Deputat eyni zamanda, hərbi qulluqçulara və polis orqanlarına yeni dəyişikliklərin şamil olunmamasını təqdir edib: "Çünki xarici və daxili təhlükəsizlik sahəsində çalışanların əmək fəaliyyəti digər kateqoriya insanlardan köklü şəkildə fərqlənir".
Zəka