“Boy çiçəyi" təqdim olundu
Akademik Milli Dram Teatrında görkəmli aktyor, xalq artisti Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi" səhnə əsərinin ilk tamaşası təqdim olunub. Teatrın mətbuat xidmətindən “Olaylar” – a verilən məlumata görə, xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir.
13 Mart 2017 15:34 MədəniyyətAkademik Milli Dram Teatrında görkəmli aktyor, xalq artisti Ramiz Novruzun iştirakı ilə "Boy çiçəyi" səhnə əsərinin ilk tamaşası təqdim olunub.
Teatrın mətbuat xidmətindən "Olaylar" - a verilən məlumata görə, xalq yazıçısı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən və ya Boy çiçəyi" pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir.
Tamaşada əsas rolları xalq artisti Ramiz Novruz, əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, SabirMəmmədov, aktyorlar Rada Nəsibova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.
Qeyd edək ki, səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub.