İdman Akademiyası yeni magistr ixtisaslarına qəbul keçirəcək
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) üç yeni magist ixtisasları-İdman Tibbi və Reabilitasiya, İdman Menecmenti və İdman Jurnalistikası üzrə sənəd qəbulunu elan edir. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, ADBTİA-nın tədrisi ingilis dilində olacaq bu ixtisaslar üzrə təhsil almaq istəyən bakalavrlar, Dövlət İmtahan Mərkəzinin magistr imtahanının yalnız birinci mərhələsini keçməli və Mərkəz tərəfindən birinci mərhələ üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəməlidirlər.
13 Mart 2017 15:10 SosialAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) üç yeni magist ixtisasları-İdman Tibbi və Reabilitasiya, İdman Menecmenti və İdman Jurnalistikası üzrə sənəd qəbulunu elan edir. GİN-in mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, ADBTİA-nın tədrisi ingilis dilində olacaq bu ixtisaslar üzrə təhsil almaq istəyən bakalavrlar, Dövlət İmtahan Mərkəzinin magistr imtahanının yalnız birinci mərhələsini keçməli və Mərkəz tərəfindən birinci mərhələ üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəməlidirlər. Bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər. Bununla yanaşı, bu ixtisasları seçən bakalavrlar TOEFL IBT (minimum 83 bal) və ya IELTS (minimum 6.5 bal) test nəticələrini təqdim etməlidirlər.