Somalidə terror
Somalinin paytaxtı Mogadişuda şəhərin insanlarla sıx olan yerində terror hadisəsi baş verib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Vehliyə otelinin önünə partlayıcı qurğu olan olan avtomobilin partladılması nəticəsində bu gün günorta saatlarında Somalidə terror hadisəsi baş verib. İlkin məlumatlara görə partlayış zamanı 8 nəfər həyatını itirib.
13 Mart 2017 14:22 DünyaSomalinin paytaxtı Mogadişuda şəhərin insanlarla sıx olan yerində terror hadisəsi baş verib. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, Vehliyə otelinin önünə partlayıcı qurğu olan olan avtomobilin partladılması nəticəsində bu gün günorta saatlarında Somalidə terror hadisəsi baş verib. İlkin məlumatlara görə partlayış zamanı 8 nəfər həyatını itirib. Hadisə ilə əlaqədar heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib. Hadisəni Somalidə tez - tez terror hadisəsi törədən Es - Sebab terror qrupalaşmasının törətdiyi güman edilir.
Ötən ay da Somalidə bənzər terror hadisəsi baş vermişdi. Hadisə zamanı 13 nəfər həlak olmuşdu.
Qeyd edək ki, Es - Sebab terroq qruplaşması 2006 - cı ildə yaradılıb. Mənası, gənclik deməkdi.