Azərbaycanda müasir təhsil standartlarının öyrənilməsi mövzusunda seminar keçirilib
Şərq Tədrisin İnkişafı Mərkəzi (ŞTİM) Azərbaycanda universitetlərdən məzun olacaq gənclərin müasir informasiya texnalogiyaları dövründə öz peşə fəaliyyətlərini daha uğurla icra etmələri və kariyeralarının düzgün planlamasında köməklik göstərilməsi məqsədiilə müxtəlif tədbirlər planlaşdırıb.
13 Mart 2017 13:47 SosialŞərq Tədrisin İnkişafı Mərkəzi (ŞTİM) Azərbaycanda universitetlərdən məzun olacaq gənclərin müasir informasiya texnalogiyaları dövründə öz peşə fəaliyyətlərini daha uğurla icra etmələri və kariyeralarının düzgün planlamasında köməklik göstərilməsi məqsədiilə müxtəlif tədbirlər planlaşdırıb. Mərkəzdən "OLAYLAR"-a bildirilib ki, plana uyğun olaraq 2017-ci ilin ilk belə tədbiri Azərbaycan Turizm və Menecment Universitetində keçirilib. Təlimin açılış nitqini edən Universitetin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Orxan Musayev Ali təhsil ocağının fəaliyyəti haqqında qonaqlara məlumat verib, bu kimi tədbirlərin tələbələr üçün uğurlu nəticələr əldə etmələrində vacibliyini bildirib. Sonra çıxış edən Şərq Tədrisin İnkişafl Mərkəzinin Beynəlxalq Əlaqələr üzrə Direktor müavini Elçin Süleymanov mərkəzin təsiçisi, Global Kariyera İnstitunun direktoru Orxan Həsənoğlunun salamlarını çatdırıb və Mərkəzin fəaliyyəti, görəcəyi işlər barədə seminar iştirakçılarını məlumatlandırıb. Müasir təhsilin inkişafına töhfələr haqqında fikir mübadiləsi aparılıb. İV kurs tələbələrinə Azərbaycanda müasir təhsil standartlarının öyrənilməsi, tətbiqi mövzusunda seminar verilib. Onların gələcək iş həyatında uğurlu kariyera qurmaları üçün tövsiyələr verilib. Sonda seminar iştirakçısı olan məzunlara Mərkəzin kurikulum müəlliməsi və direktor müavini Gülər Hüseynova və məntiq müəlliməsi Gunay Hüseynzadə tərəfindən təlimlər keçirilib, müxtəlif mövzularda mühazirələr oxunub.