Gündəm
Əliağa Şıxlinskinin xanımına məxsus material qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və Xatirə Əşyaları fondunda Azərbaycan Cümhuriyyətinin Hərbi nazirinin müavini, "artilleriya allahı", general-leytenant Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar xanıma məxsus eksponat - zərf (qovluq) mühafizə edilir.
Respublikanın çaylarında mövcud vəziyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-180, Kiçik Qafqazın çaylarında 160-270, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-170 faizini təşkil edir.
“Ölkəmizdə fikir, söz, mətbuat azadlığı və plüralizm daim inkişaf edir və yüksək səviyyədə qorunur”
Söz, fikir azadlığının təmin olunması, plüralizmin inkişaf etdirilməsi hər bir dövlətin qarşısında duran əsas məsələlərdəndir. Odur ki, dövlətlər demokratiyanın təməl prinsiplərindən hesab olunan bu dəyərlərin tətbiqi və inkişaf etdirilməsində maraqlıdırlar.
Tehran-Təl-Əviv münasibətlərində yeni gərginlik
Son günlər dünyanın əsas diqqət mərkəzində olan bölgələrdən biri də Yaxın Şərq regionudur. Zaman-zaman regionda artan gərginlik müəyyən beynəlxalq səylər nəticəsində nisbətən aradan qaldırılsa da, lakin Yaxın Şərq düyününü tamamilə çözmək müşkülə çevrilir. Elə bu səbəbdəndir ki, bölgədə gərginlik mütəmadi olaraq artır. Bu dəfə Yaxın Şərqdə gərginlik İran İslam Respublikasının Yaxın Şərqin əsas mübahisə predmeti sayılan Qolan təpələrinə hərbi birləşmələr yerləşdirməsi səbəbindən pik həddə qədəm qoyub. Belə ki, son günlərdə İranın özünə yaxın birləşmələri Qolan təpələrindəki mövqelərində yerləşdirməsi, Avropa mediasının, xüsusilə “İndependent”in məsələ ilə bağlı həyəcan siqnalı çalmasına səbəb olub. Yaxın tarixə nəzər salan “Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu deyib ki, 1967-ci ildə Ərəb ölkələri - Suriya, Misir, Əlcəzair, İordaniya və İraqla aparılmış məşhur altıgünlük müharibə zamanı İsrailin nəzarətinə keçən, 1981-ci ildə İsrail parlamenti Knessetin qərarı ilə anneksiya olan Qolan təpələri son 50 ildə bu və ya başqa dərəcədə manipulyasiya faktoru olub və bundan zamanla istər ərəb ölkələrinin özləri, istərsə də İran öz siyasətlərində təhdid və hədə elementi kimi istifadə ediblər:
Türk dünyasının 99 yaşlı unudulmuş "El həyatı" (1918) məcmuəsi
"El həyatı" məcmuəsinin mətbuat tariximizin hələ öyrənilməyən nümunələrindəndir.Cəmi dörd nömrəsi çıxıb.Birinci nömrə 1918-ci il yanvarın 14-də,2-ci nömrə fevralın 3-də,3-cü nömrə fevralın 25-də,4-cü nömrə isə martın 14-də oxucularım mütaliəsinə verilib.
Bayram bazarlığı zamanı nələrə diqqət edilməlidir?
Novruz bayramının gəlişi ilə əlaqədar ölkənin dükan və bazarlarında sözün əsil mənasında canlanma müşahidə olunur. Artıq ticarət şəbəkələrində satışa çıxarılan malların çeşidi xeyli dərəcədə artıb. Lakin elə bazar bolluğunun özü keyfiyyətli və təhlükəsiz qida məsələsini gündəmə gətirib. Məsələ ondan ibarətdir ki, çoxsaylı bayram məhsulları əksər hallarda antisanitar şəraitdə istehlakçılara təklif olunur. Vəziyyətin nə dərəcədə ciddi olduğunu ərzaq və kənd təsərrüfatı məhsullarının paytaxt küçələrində ayaq altına tökülməsi deməyə əsas verir. Aparılan araşdırmalar deməyə əsas verir ki, istehlak bazarında məhsulların saxlanması ilə bağlı tələblər sahibkarlar tərəfindən bir sıra hallarda pozulur. Bu isə insan həyatı üçün təhlükə yaradan məqamlardan hesab olunur.
Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyonu keçib
“Ümumilikdə, aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq 46 672,6 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, 8880,4 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib., 1360 yaşayış məntəqəsi təbii qazla təmin olunub. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri «Azəriqaz» İB-nin baş direktoru Əkbər Hacıyev səsləndirib.
Şagirdlərdə dövlət bayrağına sevgi formalaşdırılır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr davam edir. “OLAYLAR”-ın xəbərinə görə, səyyar mühazirələr Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir.
Qərbi mələkləşdirmək lazım deyil
Türkiyənin artan siyasi nüfuzu, çəkisi, bölgəsəl güc mərkəzinə çevrilməsi uzun illərdir ki, Qərbi, Avropanı ciddi şəkildə narahat edən məsələlərdən birinə çevrilib. Zaman-zaman qardaş ölkənin bu uğuru, əldə etdiyi nailiyyətlərə qarşı gizli planlar həyata keçirərək Türkiyəni siyasi və iqtsadi cəhətdən zəfilətməyə çalışan qərbdəkilər artıq Ankaraya qarşı savaşın açıq müstəvisinə keçiblər.
Türkiyə kimi nüfuza sahib bir ölkə ilə mücadilə etmək Avropa Birliyi üçün böyük şanssızlıqdır
Hasan Oktay: “Avropa Birliyi bu olayları, haqsız mövqeyini davam etdirərəsə, o halda bundan daha çox Avropa Birliyi ölkələri, eləcə də bu quruma namizəd dövlətlər zərər görər”
Son bir həftədə...
Türkiyə Daxili İşlər nazirliyi son bir həftədə 37 – si ölü olmaqla, 70 terrorçunun təhlükəsiz hala gətirdiyini açıqlayıb. “Olaylar” “Sabah” – a istinadən bildirir ki, son bir həftə ərzində daxili İşlər nazirliyinin həyata keçirdiyi 238 əməliyyatları nəticəsində, terrora dəstək, terror təşkil etməkdə 361 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlardan 19 – u həbs olunub.
Elçin Hüseynbəyli yazır... Yalan danışanlar...
Ürəyim ağrıdı deyə, hadisənin üstündən bir neçə gün keçəndən sonra bu sətirləri yazası oldum, həm də bir növ sosial sifariş idi bu:
Təhsil sahəsinin inkişafına töhfə verəcək sənəd
Elm və texnologiya inkişaf etdikcə bir sıra qanunvericilik aktlarfının günümüzün tələblərinə uyğunlaşdırılması da zərurətə çevrilir. Ayrı-ayrı sahələri özündə ehtiva edən qanun layihələrinin zaman-zaman dəyişikliklərə məruz qalması, yeni təkliflər irəli sürülməsi məhz həmin istiqamətlərdə daha yaxşı nəticələrinb əldə edilməsinə hesablanır. Son illər təhsil sahəsində də mütərəqqi addımlar atılır, bu sahədə mövcud olan qanunlara günümüzün tələblərinə uyğun əlavə və dəyişlikliklər edilir. Bu günlərdə parlamentin sessiyası çərçivəsində müzakirəyə çıxarılaraq ikinci oxunuşda qəbul edilən "Məktəbəqədər təhsil haqqında" qanun da bunlardan biridir.
Moskva-Ankara əməkdaşlığı yeni mərhələdə
Gözlənildiyi kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə Rusiyaya səfəri gerçəkləşdi. Bu səfər özündə Suriya münaqişəsinin və Türkiyə-Qərb əlaqələrinin dərin böhran keçirdiyi fonunda baş verirdi. Hazırda iki ölkə Qərblə ciddi qarşıdurma ərəfəsində birgə ortaq lahiyələrə imza ataraq, Qərbə qarşı yumşaq güc nümayiş etdirməkdədirlər. Xüsusilə Türkiyə rəhbərliyi ötən il hərbi çevrilişə cəhddən sonra, Rusiyanın ciddi dəstəyi fonunda öz kursunu Moskvayla yaxınlaşmağa istiqamətlədi. Ərdoğanın 15-İyul olayından sonra, Avropadan mümkün dəstəyi ala bilmədiyini görən Putin, bunu özü üçün fürsət görərək, Türkiyəni öz orbitinə çəkməyə çalışdı. Putin bununla NATO-nun önəmli müttəfiqini yanına çəkməklə, bu hərbi alyansın Yaxın Şərq siyasətini boşluğa gətirib çıxaracağını planlaşdırdı.
Fransa ilə münasibətləri inkişaf etdirmək Azərbaycanın maraqlarına uyğundur
Türkiyə-Avropa münasibətlərinin gərginləşdiyi bər dönəmdə Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri baş tutub. Bir müddət öncə Ermənistan prezidentinin də bu ölkəyə səfəri olmuşdu. Maraqlıdır, hazırki şəraitdə Azərbaycan prezidentinin Fransaya səfəri Qarabağ münaqişəsinin həllinə hnası töhvəsini verə bilə? Müsahibimiz “Baku Network” ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərovdur.














