Fransa ilə münasibətləri inkişaf etdirmək Azərbaycanın maraqlarına uyğundur

Türkiyə-Avropa münasibətlərinin gərginləşdiyi bər dönəmdə Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri baş tutub. Bir müddət öncə Ermənistan prezidentinin də bu ölkəyə səfəri olmuşdu. Maraqlıdır, hazırki şəraitdə Azərbaycan prezidentinin Fransaya səfəri Qarabağ münaqişəsinin həllinə hnası töhvəsini verə bilə? Müsahibimiz “Baku Network” ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərovdur.

Elxan Ələsgərov: "İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında iqtisadi və siyasi münasibətləri daha da gücləndirəcək"

Türkiyə-Avropa münasibətlərinin gərginləşdiyi bər dönəmdə Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri baş tutub. Bir müddət öncə Ermənistan prezidentinin də bu ölkəyə səfəri olmuşdu. Maraqlıdır, hazırki şəraitdə Azərbaycan prezidentinin Fransaya səfəri Qarabağ münaqişəsinin həllinə hnası töhvəsini verə bilə? Müsahibimiz "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərovdur.

-Elxan müəllim, Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfərini necə dəyərləndirisiniz? 

-Son zamanlar Azərbaycanla Fransa arasında həm iqtisadi, həm də siyasi sahədə əməkdaşlıq inkişaf edir. Nəzərə almaq lazımdır ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolla ilə həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir. Ona görə də Fransa ilə münasibətləri daha da inkişaf etdirmək Azərbaycanın maraqlarına uyğundur. Hazırda bəzi mətbuat orqanları Ermənistan mətbuatına istinadən qərəzli məlumatlar yayırlar. Hesab edirəm ki, bu yanlış bir siyasətdir, çünki Ermənistan mətbuat orqanları Fransanın rəsmiləri adından istədikləri məlumatı yayırlar. Yəni, olmayan söhbətləri, uydurma yalanları yayırlar ki, bizim mətbuat da həmin məlumatlara istinad edir. Bizim mətbuat həmçinin erməni ekspertlərinə istinad edərək məlumat yayırlar ki, bu da yanlış bir mövqedir. Çünki, erməni ekspertləri Azərbaycanla, Dağlıq Qarabağ problemi ilə bağlı hər hansı açıqlama verərkən öz maraqlarına uyğun çıxış edirlər. O ki, qaldı Azərbaycan-Frnasa münasibətlərinə, demək olar ki, hazırda bu münasibətlər inkişaf etməkdədir. Məhz bunun nəticəsidir ki, Azərbaycan prezidentinin Fransaya səfəri yüksək səviyyədə keçir, yüksək səviyyədə qarşılanır. Nəzərə almaq lazımdır ki, Fransa prezidenti Ollandla cənab İlham Əliyevin şəxsi münasibətləri də yüksək səviyyədədir, iki prezident dəflərlə görüşüb. Bu baxımdan düşünürəm ki, bu səfər Azərbaycanla Fransa arasında iqtisadi və siyasi münasibətləri daha da gücləndirəcək. 

- Bir müddət öncə Ermənistan prezidenti Serj Sərkisyan da Fransaya səfər etmişdi. Ola bilərmi, Dağlıq Qüarabağla bağlı hansısa razılaşma əldə olunsun?

- Ermənistan prezidentinin Fransaya səfəri erməni diasporası ilə böyük ziddiyətlər yaratmışdı. Artıq neçənci dəfədir şahidi oluruq ki, Fransa və ABŞ-da yaşayan ermənilər Ermənistan hökumətinə qarşı aksiyalar keçirilər. Çünki Ermənistandakı vəziyyət diasporanın maraqlarına uyğun gəlmir. Ona görə ki, diasporanın bu ölkəyə göndərdiyi pullar yeyilir. Ermənistan iqtidarı bu ölkəni normal idarə edə bilmir. Nəticədə Ermənistan həm siyasi, həm də hərbi baxımdan uçuruma gedir. Nəzərə almaq lazımdır ki, işğalçı ölkə Rusiyaya bağlı olduğundan müstəqilliyini itirib, oradakı hərbu sursatlar da Rusiyaya məxsusdur. Demək olar ki, Ermənistanın xarici siyasəti iflasa uğrayıb. Erməni diasporası ölkədə baş verənləri çox gözəl bilir. Ona görə də Rusiya, Fransa və ABŞ-dakı erməni diasporasının Sərkisyan rejumunə rəğbəti olduqca azdır. Nəzərə alınası vacib məsələlərdən biri də Fransanın Qafqaza olan münasibəti ilə bağlıdır. Fransa həmsədr ölkə olmasından istifadə edərək Qafqazda baş verən siyasi proseslərdə iştirak etmək istəyir. Bundan ötrü də Ermənistanla olan münasibəti saxlamaq istəyir ki, bu da anlaşılandır. Lakin Ermənistan Avropa Birliyi ilə anlaşmaya imza atmadı, Avrasiya İqtisadi Birliyinin isə fəal üzvüdür. Belə vəziyyət Ermənistanın Avropa, xüsusən də Fransa ilə əlaqələrinin genişlnməsini əngəlləyir. Fransa da öz növbəsində başa düşür ki, Ermənistan özünü nə qədər də müstəqil aparmağa çalışsa da, bir dövlət kimi müstəqli deyil. 

-Türkiə-Avropa münasibətləri gərginləşməkdə davam edir. Sizcə belə münasibətin Azərbaycana təsiri nədən ibarət ola bilər? 

- Türkiyə ilə Hollandiya və Almaniya arasında yaşanan gərginliklə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi öz mövqeyini bildirib. Əslində bu hadisələrin arxasında Suriyada cərəyan edən proseslər və bu prosesin nəticəsi olaraq miqrantların Avropaya gəlişi ilə bağlıdır. Avropa ilə Türkiyə arasında bu məslələrlə bağlı anlaşma var idi. Lakin sözügedən anlaşma ilə bağlı Türkiyə ilə Almaniya arasında anlaşılmazlıqlar ortaya çıxmışdı. Bu iki dövlət başçıları arasında görüş baş tutsa da Suriyadan olan qaçqılar məsələsi həllini tapmadı. Bu isə o deməkdir ki, hazırki siyasi böhranın kökləri bu məslələrə bağlıdır. Nəzərə almaq lazımdır ki, Almaniya Avropanın ən aparıcı dövlətidir. Referendmla bağlı Türkiyənin xarici işlər nazirinin Almaniyaya səfəri əngəllənib, seçicilərlə görüşə izin verilməyib. Ardınca Nidelanda nəzərdə tutulan səfərə də icazə verilmədi. Niderlandla Almaniya qonşu ölkələrdir və eyni ittifaqın üzvləridir. Düşünürəm ki, Türkiyənən növbəti addımlarına bütün Avropa dövlətləri həmrəylik göstərəcəklər. Bunun isə Azərbaycana təsiri bilvasitə olmasa da, Azərbaycan maraqlıdır ki, Türkiyə-Avropa münasibətləri yaxşı olsun ki, Türkiyənin diqqəti daha çox Qarabağ msələsinin həllinə yönəlsin. Daha dəqiq, Türkiyənin addımları Qafqazla bağlı olsun, bizim yanımızda olsun. Lakin Türkiyənin həm Suriyadakı vəziyyətin nizama salınasında fəal iştirak etməsi, üstəlik Avropa dövlətləri ilə anlaşılmazlığın ortaya çıxması təbii ki, Azərbaycanla bağlı məsələlərdə iştirakını azaldır. Bu gərginliyin iqtisadi tərəfləri də nəzərə alınmalıdır. Məlumdur ki, Azərbaycan Türkiyə vasitəsilə Avropaya qaz ixrac edəcək. Yaranmış ziddəytlər isə gələcəkdə bi məsələlərlə bağlı xırda problemlər yarada bilər. Baxmayaraq ki, iqtisadi məsələlər siyasi məslələr təsir etməməlidir. 

 Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31