Təhsil sahəsinin inkişafına töhfə verəcək sənəd
Elm və texnologiya inkişaf etdikcə bir sıra qanunvericilik aktlarfının günümüzün tələblərinə uyğunlaşdırılması da zərurətə çevrilir. Ayrı-ayrı sahələri özündə ehtiva edən qanun layihələrinin zaman-zaman dəyişikliklərə məruz qalması, yeni təkliflər irəli sürülməsi məhz həmin istiqamətlərdə daha yaxşı nəticələrinb əldə edilməsinə hesablanır. Son illər təhsil sahəsində də mütərəqqi addımlar atılır, bu sahədə mövcud olan qanunlara günümüzün tələblərinə uyğun əlavə və dəyişlikliklər edilir. Bu günlərdə parlamentin sessiyası çərçivəsində müzakirəyə çıxarılaraq ikinci oxunuşda qəbul edilən "Məktəbəqədər təhsil haqqında" qanun da bunlardan biridir.
13 Mart 2017 12:54 SosialElm və texnologiya inkişaf etdikcə bir sıra qanunvericilik aktlarfının günümüzün tələblərinə uyğunlaşdırılması da zərurətə çevrilir. Ayrı-ayrı sahələri özündə ehtiva edən qanun layihələrinin zaman-zaman dəyişikliklərə məruz qalması, yeni təkliflər irəli sürülməsi məhz həmin istiqamətlərdə daha yaxşı nəticələrinb əldə edilməsinə hesablanır. Son illər təhsil sahəsində də mütərəqqi addımlar atılır, bu sahədə mövcud olan qanunlara günümüzün tələblərinə uyğun əlavə və dəyişlikliklər edilir. Bu günlərdə parlamentin sessiyası çərçivəsində müzakirəyə çıxarılaraq ikinci oxunuşda qəbul edilən "Məktəbəqədər təhsil haqqında" qanun da bunlardan biridir. Məlumat üçün qeyd edək ki, sözügedən qanun Azərbaycanda məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsilinin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Məktəbəqədər təhsilin məqsədi erkən yaş dövründən başlayaraq uşaqların əqli, fiziki və yaradıcı potensialının, mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının və sağlamlığının mühafizəsinin, ətraf aləmə həssas münasibətinin və şəxsiyyətinin formalaşdırılmasından ibarətdir. Azərbaycanda məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. Məktəbəhazırlıq təhsili beş yaşlı uşaqlar üçün zəruri hesab olunur. Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər. Layihə 5 fəsil 25 maddədən ibarətdir. Parlamentin növbətri iclaslarının birində isə "Məktəbəqədər təhsil haqqında" qanunun üçüncü oxunuşda müzakirıə edilib qəbul olunacağı gözlənilir. Belə bir qanunun müzakirəyə çıxarılaraq ikinci oxunuşda qəbul edilməsi parlamentarilər tərəfindən də müsbət qarşılanıb. Millət vəkili Sona Əliyeva deyib ki, "Məktəbəqədər təhsil haqqında" qanun təhsil siyasətinin tərkib hissəsi kimi bu sahənin inkişafına töhfə verəcək. Onun sözlərinə görə, dünyanın hər bir yerində, ictimai inkişafın hər bir mərhələsində gənc nəsillərin öyrədilməsi, maarifləndirilməsi bir fəaliyyət kimi önə çəkilib: "Zaman keçdikcə təhsil anlayışına baxış və yanaşmalar da dəyişib, təhsil anlayışı dar çərçivədən çıxaraq, fasiləsiz təhsil, ömrü boyu öyrənmə prinsiplərii ilə uzlaşaraq fərqli istiqamətlərə yön alıb". Millət vəkili bildirib ki, təhsil dedikdə yalnız məktəb və ya universitet təhsili nəzərdə tutulmur: "Təhsil həyatın bütün çağırışlarına hazırlıq üçün erkən yaşlardan başlayan uzunmüddətli və çoxşaxəli öyrənmə prosesidir və insan ömrü boyu öyrəndiklərinin çox hissəsini məhz erkən yaşlarında öyrənir. Həmçinin, təhsil sistemi məktəbəqədər təlim və tərbiyədən başlayaraq akademik doktorluq proqramnlarına qədər təhsilin bütün pillə və səviyyələrini əhatə edir. Odur ki, məktəbəqədər yaşlı uşaqların kompleks şəkildə təhsili, təlim və tərbiyəsi ilə məşğul olan bütün mnəktəbəqədər müəssisələrinin məktəbəqədər təhsil müəssisəsi adlandırılması qlobal ümumi yanaşmanın təzahürüdür və ümumilkdə təhsil sisteminin ayrılmaz tərkib hissəsidir. "Məktəbəqədər təhsil haqqında" qanun da ümumilkdə məktəbəqədər yaşlı uşaqların təhsil hüquqlarının müdafiəsi, eləcə də, təlim -tərbiyə alması, sosial müdafiəsi və sağlamlıqlarının qorunması ilə məşğul olan müəəsisələrin fəaliyyətini, hüquq və vəzifələrini, bir sıra digər məsələləri tənzimləyir. Qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun üzvü olaraq, deyim ki, layihə hazırlanarkən beynəlxalq təcrübə diqqətlə araşdırılıb, bu sahə üzrə ölkəmizdə mövcud olan geniş normativ hüquqi aktlara istinad edilib və nəticədə əhatəli şəkildə qanun layihə meydana cıxıb. Ümumiyyətlə, təhsil sisteminin effektiv inkişafına xidmət edən təhsil siyasəti strateji prioritet olaraq daim ölkə rəhbərliyinin diqqət nərkəzindədir. Və təhsilin inkişafı ilə bağlı bir sıra proqramlar hazırlanıb, inkişaf strategiyalarında hədəflər müəyyən edilib. Bu baxımdan 2016-cı ilin sonlarına doğru imzalanmış strateji yol xəritələrində insan kapitalının formalaşmasında təhsil sisteminin strateji istiqamətləri müəyyənləşdirilib. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində məktəbəqədər təhsillə bağlı ayrıca müddəa qeyd olunub, uzunmüddətli perspektivdə bu sahənin insan kapitalının keyfiyyətinin yüksəldilmısinə təsiri diqqətə çatdırılmış və prioritet hədəflər ortaya qoyulub. Bu reallığı da nəzərə alaraq bu gün bu qanun layihəsinin hazırlanması dövlət təhsil siyasətinin tərkib hissəsi olmaqla bu sahənin inkişafına töhfə verəcəyinə inanırıq".
Məhəmməd