Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyonu keçib

“Ümumilikdə, aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq 46 672,6 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, 8880,4 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib., 1360 yaşayış məntəqəsi təbii qazla təmin olunub. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri «Azəriqaz» İB-nin baş direktoru Əkbər Hacıyev səsləndirib.

"Ümumilikdə, aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq 46 672,6 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, 8880,4 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib., 1360 yaşayış məntəqəsi təbii qazla təmin olunub. "OLAYLAR"-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev səsləndirib. O, bildirib ki, istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2017-ci ilin yanvar ayının 1-nə olan tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 004 857-ə çatıb: "Qeyd edək ki, 2016-cı il ərzində İB-də əhali sektoru üzrə 171 707 yeni abonent qeydiyyata alınıb ki, bunun da 40 817-i Bakı, Abşeron və Sumqayıt, 130 890-ı isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında cari ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri də mühüm rol oynayır. Həmçinin, 01 yanvar 2017-ci il tarixə olan məlumata görə əhali sektoru üzrə 134 659 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub və qeyri-əhali sektoru üzrə 406 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31