Əliağa Şıxlinskinin xanımına məxsus material qorunur

Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və Xatirə Əşyaları fondunda Azərbaycan Cümhuriyyətinin Hərbi nazirinin müavini, "artilleriya allahı", general-leytenant Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar xanıma  məxsus eksponat - zərf (qovluq)  mühafizə edilir.

Muzeydən "Olaylar" -a bildirilib ki, zərf (qovluq) əl dəsmalı qoymaq üçündür. İpəkdən hazırlanıb, astarı çəhrayı parçadandı. Üzərində doldurma tikməsi var. Materialın bərpaya ehtiyacı olduğundan Muzeyin Bərpa laboratoriyasının bərpaçı - rəssamı İlhamə Rəhimova tərəfindən bərpa edilmiş, Hədiyyələr və Xatirə Əşyaları fonduna təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31