Gündəm
İŞİD tarixi belə məhv edir - VİDEO
İraq hərbçiləri hələ ötən həftə İŞİD terrorçularının nəzarətindəki Mosul muzeyini azad ediblər. 2015-ci ildə Mosulu ələ keçirəndən sonra terrorçular bu unikal muzeydəki nadir, qiymətsiz əşyaları məhv ediblər. İraq ordusunun polkovnik-leytenantı Əbdel Əmir əl Məhəmmədinin dediyinə görə, İŞİD terrorçuları apara bildikləri eksponatları aparıblar, yerdə qalanları sındırıb dağıdıblar.
Külli miqdarda siqaret , mobil telefonlar və qaz balonları aşkar edilib
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşı ilə idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük orqanına mütləq bəyan edilməli hər hansı əşyanın olub olmaması barədə sorğu-sual aparılıb. Həmin şəxs gömrükçülərə üzərində və idarə etdiyi avtomobildə gömrük nəzarətinə bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirirb. Qanunvericiliyə uyğun olaraq avtomobildə və sürücünün üzərində aparılan gömrük yoxlaması zamanı isə külli miqdarda siqaret, mobil telefonlar və qaz balonları aşkar olunub.
Özünü dəmir borudan asıb
Sumqayıt sakini özünü borudan asaraq intihar edib. Məlumata görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb. Belə ki, Corat qəsəbəsi, 255 C ünvanında Babayev Tofiq Zülfəli oğlu evin həyətində özünü dəmir borudan asaraq intihar edib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.
Vergilər Nazirliyində kadr dəyişikliyi
Vergilər Nazirliyinin rəhbərliyində kadr dəyişikliyi olub. “Olaylar”ın xəbərinə görə,Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru vəzifəsinə Xəqani İsgəndərov təyin olunub. Bunadək adıçəkilən vəzifəni İlqar Əhmədovu tutub. Qeyd edək ki, İ.Əhmədov Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru olmaqla yanaşı vergilər nazirinin müşaviri də olub. Hazırda o müşavir kimi fəaliyyətini davam etdirir.
Bozdağ: “Türk millətinin və Türkiyə dövlətinin şərəfi ilə kimsənin oynamasına izn verməyəcəyik”- AVROPAYA SƏRT BƏYANAT
Türkiyənin ədalət naziri Bekir Bozdağ Türkiyənin Hollandiya və Almaniyanın faşizm nəzəriyyələrinə qarşı beynəlxalq hüququn tanıdığı haqları sona qədər istifadə edəcəyini bəyan edib.
Takvim: “Referendum yaxınlaşdıqca, Avropa qudurur”- İSVEÇRƏDƏN TÜRKLƏRƏ HƏYASIZ ŞƏRT
“Avropa ölkələri Türkiyədəki referenduma sayılacaq günlər qalmış çirkin hücumlarına hər gün daha yenisini əlavə edir”. Bu barədə Türkiyənin “Takvim” qəzetində “Referendum yaxınlaşdıqca, Avropa qudurur” başlıqlı yazıda bildirilir. Qeyd olunur ki, 16 aprel referendumuna həftələr qalmış ətəyi alışıb-yanan Avropa ölkələri hər keçən gün yeni bir qalmaqala imza atır.
19 dərəcə isti olacaq
Bakı və Abşeron yarımadasında martın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, səhər saatlarında çiskin. Şimal-şərq küləyi əsəcək.
Rusiyada 6 min hərbçi hərəkətə keçdi
Rusiyanın cənubunda hərbi təlimlər keçirilir. Təlimlərdə Krasnodar və Stavropol diyarları, Həştərxan, Volqoqrad vilayətləri, Qaraçay-Çərkəz və Adıgey, o cümlədən Ermənistan və Abxaziyada yerləşdirilən Rusiya hərbi birləşmələrinin hərbi hazırlığı yoxlanılacaq.
Akif Çovdarovun məhkəməsi təxirə salınıb
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi baş tutmayıb.
Muraddan Avropaya etiraz: "Türklərdən üzr istəyənə qədər..."
Politoloq: “Prezidentin səfərinin iqtisadi tərəfləri olduqca böyükdür”
“Prezidentin Fransaya səfəri olduqca əhəmiyyətlidir. Səfərin siyasi və iqtisadi tərəfləri indiki zamanda Azərbaycan üçün olduqca vacibdir. Fransa dünyanın aparıcı dövlətlərindəndir, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, Avropa Birliyinin siyasətini müəyyən edən əsas dövlətlərdən biridir. Xoş bir haldır ki, olduqca güclü erməni lobbisinin olmasına baxmayaraq, bu ölkə ilə Azərbaycan arasında münasibətlər bir çox Avropa dövlətlərindən daha yaxşı səviyyədədir”. Bunu politoloq Zaur Məmmədov deyib.
Politoloq: “Bəzi beynəlxalq təşkilatlar Qərbin “demokratiya” tamaşasında alətə çevriliblər”
“Niderland dövlətinin Türkiyə xarici işlər nazirinə və digər qonaqlara qarşı etdiyi hərəkətlər heç bir diplomatik etiketə sığmır. Niderland polisinin dinc türk nümayişçilərin üzərinə itlər, atlar və silahlı dəstələrlə vəhşicəsinə hücum etməsi dünyanın heç bir hüquq normalarına və insanlığa sığmır”. Bunu politoloq Ramiz Alıyev deyib.
Sumqayıtda 20 mikroavtobus xəttən çıxarıldı
Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sərnişindaşıma ilə məşğul olan mikroavtobuslarla bağlı reydlər keçirib. Reydlər bütün şəhər ərazisində, xüsusən də avtovağzalda baş tutub.
Pakistanlı ekspert: “Metsamor” AES dünya və region üçün böyük təhlükədir
Pakistanda nəşr edilən “Daily Legal Views” və “Election Times” qəzetlərində, həmçinin onların portallarında Mərkəzi Asiya respublikaları və Azərbaycan üzrə ekspert Mahmud-ul Həsən Xanın “Ermənistanın atom proqramı: qlobal nəticəli regional təhlükəsizlik təhdidi” sərlövhəli məqaləsi dərc olunub.
Kasıblar məhəlləsində insanlıq dramı: 46 nəfər zibilin altında qaldı
Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində zibil yığınının sürüşməsi nəticəsində çox sayda insan ölüb. Ən son məlumatlara görə, həlak olanların sayı 46 nəfərə çatıb. İlkin məlumatda hadisə zamanı 35 nəfərin öldüyü, həmçinin 28 nəfərin xəsarət aldığı bildirilirdi. Şəhərin hakimiyyət orqanlarının nümayəndələrinin mediaya verdiyi məlumata görə, ölənlərin çoxu uşaqlar və qadınlardır.














