Gündəm

Rusiyada azərbaycanlı iş adamları öldürüldü - 17 milyon apardılar

13 Mart 2017 12:07

Rusiyanın Krasnodar şəhərində iki azərbaycanlı iş adamı qətlə yetirilib. Onlar yaşadıqları evin liftində öldürülüblər. Yerli polis artıq 2 şübhəlini saxlaya bilib. Onlardan biri polis işçisidir. Digəri isə həmin  iş adamlarının şirkətinin əməkdaşı olub.

Niderlandda islamafobiya və ksenofobiya var

13 Mart 2017 12:04

“Avropa İnsan hüquqlarını və demokratiyanı özünün təməl prinsipləri hesab etdiyi halda Niderland hökumətinin Türkiyə Respublikası hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirlər, bu ölkədə yaşayan türk icması üzvlərinin sərbəst və dinc toplaşmasına imkan verilməməsi və onlara qarşı gücdən istifadə olunması qərəzli və ziddiyyətli xarakter daşıyır”.

Narkotiklərə qarşı mübarizə məqsədilə gənclər arasında maarifləndirmə aparılır

13 Mart 2017 12:03

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən elan olunmuş 8-ci qrant müsabiqəsində "Yeniyetmələrin sağlam həyat tərzi” mövzusunda qalib olan "Sağlam gələcək” layihəsi həyata keçirilib. Layihənin rəhbəri Sübhan Dadaşovdur.

Gürcüstanda güclü zəlzələ oldu

13 Mart 2017 12:01

Gürcüstanın Cənubi Osetiya bölgəsində Rixter cədvəli ilə 5,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar 40 kilometr dərinlikdə qeydə alınıb. Hadisə nəticəsində itki və ya dağıntıların olmadığı bildirilir. Zəlzələ az hiss olunub.

Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri - YENİLƏNİB 

13 Mart 2017 11:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Parisdə "CIFAL" qrupunun prezidenti Jil Remi ilə görüşüb. 

Peterburqda Azərbaycan vətəndaşını güllələdilər

13 Mart 2017 11:56

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı güllələnib.  40 yaşlı azərbaycanlı kütləvi dava zamanı əl və ayaqlarından güllə yarası alıb. Hazırda o, şəhərin Aleksandrovskaya xəstəxanasına yerləşdirilib və vəziyyəti ağırdır. 

Ramil Usubov yeni rəis təyin etdi

13 Mart 2017 11:54

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini polis polkovniki Teymur Hacıyev vəzifəsindən azad edilib.

"Sarkisyan müharibə istəyirsə, biz hazırıq"

13 Mart 2017 11:53

Fevral ayında cəbhədə baş verən toqquşmalardan sonra Ermənistan hakimiyyəti panika yaşayır. Düşmən tərəfi təkcə itkilərini gizlətməklə kifayətlənmir, vəziyyətdən çıxış yolu axtarır. Aprel döyüşlərində biabırçı məğlubiyyətə düçar olan Sarkisyan özünü "cəsarətli" göstərmək istəyir və o, bu məqsədlə Azərbaycana hədə-qorxu gəlir. 

Yaralı tələbələrin vəziyyəti necədir?

13 Mart 2017 11:42

Keçən həftə Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan tələbələrdən hazırda 9-u xəstəxanada müalicələrini davam etdirir. Bu barədə Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədovaməlumat verib. Nazirlik rəsmisi bildirib ki, hazırda Sumqayıt Şəhər Xəstəxanasında 5 tələbə müayinə olunur. 

Türkiyəyə qarşı uğursuz səlib yürüşü AKTUAL

13 Mart 2017 11:40

Son bir neçə gündə Avropada ölkələrində Türkiyəyə qarşı yürüdülən aqressiv siyasət artıq, dövlətlərarası soyuq münasibətlərin yaranmasına qədər inkişaf edib. Öncə Almaniya hökumətinin, ardınca isə Hollandiyanın Türkiyənin rəsmi dövlət nümayəndələrinə qarşı heç bir çərçivəyə sığmayan özündənmüştəbeh siyasətləri bu ölkələrdə yaşayan türklərin də səbrini daşırıb.

Siyasi şərhçi: “Avropa ölkələrinin səmimiyyətinə həmişə şübhə etmişik”

13 Mart 2017 11:38

“Bəzi Avropa ölkələrində Türkiyəyə qarşı ikili standartlar var və buna təəccüb etmirəm”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Niderlandın Baş naziri: "Üzr istəyən deyilik"

13 Mart 2017 11:37

"Münasibətlərin yumşaldılmasının tərəfdarıyıq, ancaq üzr istəyən deyilik. Dəlisiniz?!". Bu sözləri Niderland Baş naziri Mark Rutte Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun üzr tələbinə münasibət bildirərkən deyib. O, əslində Ərdoğanın üzr istəməli olduğunu qeyd edib: "Hollandiyadan türk nazirlərin girişinə qadağa qoyduğu üçün üzr tələb edilməkdənsə, Türkiyənin prezidenti Hollandiyanı faşistlərlə müqayisə etdiyi üçün üzr istəməlidir".

“Bu hadisə Niderlandın üz qarası olaraq qalacaq”

13 Mart 2017 11:34

“Niderlandın Türkiyəyə qarşı davranışı insan hüquq və azadlıqlarına, demokratiya prinsiplərinə zidd olan bir addımdır”. Bunu  siyasi məsələlər üzrə ekspert Elçin Mirzəbəyli deyib.