Narkotiklərə qarşı mübarizə məqsədilə gənclər arasında maarifləndirmə aparılır
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən elan olunmuş 8-ci qrant müsabiqəsində "Yeniyetmələrin sağlam həyat tərzi” mövzusunda qalib olan "Sağlam gələcək” layihəsi həyata keçirilib. Layihənin rəhbəri Sübhan Dadaşovdur.
13 Mart 2017 12:03 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən elan olunmuş 8-ci qrant müsabiqəsində "Yeniyetmələrin sağlam həyat tərzi" mövzusunda qalib olan "Sağlam gələcək" layihəsi həyata keçirilib. Layihənin rəhbəri Sübhan Dadaşovdur. "OLAYLAR"-ın xəbərinə görə, layihənin məqsədi nakotiklərə qarşı mübarizə kampaniyası çərçivəsində gənclər arasında maarifləndirmə işinin daha effektiv aparılması və kütləviliyin təmin olunması üçün KİV vasitəsi ilə ictimaiyyəti məlumatlandırmaqdır. Layihə çərçivəsində gənclər arasında sağlam həyat tərzinin təbliği mövzusunda Masallı və Lerik rayonlarında təlimlər keçirilib.Təlimlərdə 150-dən çox gənc sağlam həyat tərzinə təsir edən neqativ amillər - narkomaniya, alkoqol aludəçiliyi, siqaretin mənfi təsirləri ilə bağlı məlumatlandırılıb. Eyni zamanda bu günün əsas bəlası olan narkomaniya mövzusuna geniş yer verilib. Gənclərə bu bəlanın fəsadları, ondan qorunma yolları barəsində ətraflı təlimlər keçirilib. Təlimlər zamanı gənclərə mövzu ilə əlaqədar olaraq bukletlər paylanıb, video və fotolardan ibarət təqdimat göstərilib. Təlimlərdə fəal iştirak edən gənclərə sertifikatlar verilib.Tədbirlərdə rayon icra hakimiyyətlərinin, gənclər və idman idarələrinin, təhsil şöbələrinin nümayədələri iştirak edib.