Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri - YENİLƏNİB 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Parisdə "CIFAL" qrupunun prezidenti Jil Remi ilə görüşüb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Parisdə "CIFAL" qrupunun prezidenti Jil Remi ilə görüşüb. 

***

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə DCNS şirkətinin prezidenti Erve Qiyu ilə görüşüb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə "SUEZ" qrupun baş direktorunun müavini, eyni zamanda, MEDEF-in vitse-prezidenti xanım Marie-Ange Debon ilə görüşü olub.

***

Fransa Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev martın 13-də "Vivaction" şirkətinin prezidenti Rişar Mari ilə görüşüb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Fransa Respublikasına rəsmi səfərə gəlib. Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin Orli beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevi Fransanın yüksək vəzifəli rəsmi şəxsləri qarşıladılar. AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31