Gündəm

“Prezidentin səfəri qarşılıqlı münasibətlərdə yeni bir səhifə açacaq”

13 Mart 2017 11:33

"Cənab Prezident İlham Əliyevin Fransaya səfəri bir neçə baxımdan diqqəti cəlb edir və əhəmiyyətlidir. Hər şeydən əvvəl, bu il Azərbaycan və Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur”. Bunu  millət vəkili, professor Musa Qasımlı deyib.

Bayram tonqalı üzərindən atılarkən ehtiyatlı olun

13 Mart 2017 11:28

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. “Olaylar” FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciət Novruz bayramında yanğın təhlükəsizliyi ilə əlaqədardır. Müraciətdə bildirilir: "Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir. Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

“Milli Kimlik” Araşdırma Mərkəzinin ilk tədbiri keçirilib

13 Mart 2017 11:26

“Müasir İnkişaf” İctimai Birliyinin ofisində “Milli Kimlik” Araşdırma Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə “Gənclərin radikal qruplaşmalara qoşulma təhlükəsi” mövzusu müzakirə edilib. “Müasir İnkişaf” İctimai Birliyinin sədr müavini, AMEA-nın əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov mövzunun aktuallığından danışaraq radikal qruplaşmaların fəaliyyətindən, onların cəmiyyətə mənfi təsirinin artmasından bəhs edib. A.Eyvazov belə qruplaşmaların daha çox gəncləri hədəf götüdüyünü, onları müxtəlif vasitələrlə öz sıralarına qata bilmə və bununla da ölkəmizin milli təhlükəsizliyinə, gələcək genefonduna zərər vurma ehtimalının olduğunu bildirib.

Novruz iməciliyi keçirilib

13 Mart 2017 11:22

Binəqədi rayonu zeytunluq ərazisində Ümumrayon Novruz iməciliyi keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, aksiyada ümumilikdə 250 nəfərdən çox olmaqla RİH başçısı aparatınin kollektivi, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, Rayon Yaşıllaşdırma sahəsinin əməkdaşları, YAP Binəqədi rayon təşkilatının, Rayon Gənclər və İdman idarəsinin fəalları iştirak ediblər.

Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək

13 Mart 2017 11:21

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Qarsda Ermənistan bayrağı

13 Mart 2017 11:20

Türkiyənin Qars viləyətində fəaliyyət göstərən otellərdə artıq Ermənistan bayrağı dalğalandırılır. Bu barədə məlumatı “OLAYLAR”-a Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy verib.

Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmət göstərilir

13 Mart 2017 11:19

Qəbələdə “Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmətinin göstərilməsi” layihəsi çərçivəsində dəyirmi masa keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə UNİCEF-in, Qəbələ rayon Təhsil Şöbəsinin, yerli icra, hüquq-mühafizə orqanlarının, bələdiyyə və biznes qurumlarının, QHT- lərin, Qəbələ rayon Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, dini icma, Qəbələ Məşğulluq Mərkəzinin, Qəbələ rayon Qeydiyyat Şöbəsinin, Qəbələ rayon Məhkəməsinin, Qəbələ rayon İcra Şöbəsinin, DSMF Qəbələ rayon şöbəsinin nümayəndələri və layihə üzrə aztəminatlı ailələr iştirak ediblər.

AMİP-dən Hollandiyaya etiraz

13 Mart 2017 11:18

Azərbaycan Milli İstiqlal Partiyası Hollandiya rəsmilərinin məsuliyyətsiz addımları səbəbindən Hollandiya –Türkiyə arasında yaranan diplomotik gərginliyə öz etirazını bildirib.

Ermənilər 123 dəfə atəşkəsi pozub

13 Mart 2017 11:16

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 123 dəfə pozub.

Elşən Musayev: “Hər zaman türk qardaşlarımızın yanındayıq” 

13 Mart 2017 11:10

“Ümumiyyətlə son vaxtlar Türkiyənin başı biraz bəlalıdır. Çünki Türkiyəni gözügötürməyən dövlətlər çoxdur. Biz bunu həm beynəlxalq təşkilatların Türkiyəyə münasibətində hiss etmişik, həm də dünyada baş verən proseslərin fonunda Türkiyənin təklənmə cəhdlərini görmüşük. Bəs bu nə ilə bağlıdır? Bu, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan kimi güclü bir siyasi xadimin olması ilə bağlıdır. Bunu  millət vəkili Elşən Musayev deyib.