Bayram tonqalı üzərindən atılarkən ehtiyatlı olun

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. “Olaylar” FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciət Novruz bayramında yanğın təhlükəsizliyi ilə əlaqədardır. Müraciətdə bildirilir: "Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir. Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

FHN əhaliyə müraciət etdi
 

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. "Olaylar" FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciət Novruz bayramında yanğın təhlükəsizliyi ilə əlaqədardır. Müraciətdə bildirilir: "Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir. Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər". Müraciətdə təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31