“Milli Kimlik” Araşdırma Mərkəzinin ilk tədbiri keçirilib

“Müasir İnkişaf” İctimai Birliyinin ofisində “Milli Kimlik” Araşdırma Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə “Gənclərin radikal qruplaşmalara qoşulma təhlükəsi” mövzusu müzakirə edilib. “Müasir İnkişaf” İctimai Birliyinin sədr müavini, AMEA-nın əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov mövzunun aktuallığından danışaraq radikal qruplaşmaların fəaliyyətindən, onların cəmiyyətə mənfi təsirinin artmasından bəhs edib. A.Eyvazov belə qruplaşmaların daha çox gəncləri hədəf götüdüyünü, onları müxtəlif vasitələrlə öz sıralarına qata bilmə və bununla da ölkəmizin milli təhlükəsizliyinə, gələcək genefonduna zərər vurma ehtimalının olduğunu bildirib.

"Müasir İnkişaf" İctimai Birliyinin ofisində "Milli Kimlik" Araşdırma Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə "Gənclərin radikal qruplaşmalara qoşulma təhlükəsi" mövzusu müzakirə edilib. "Müasir İnkişaf" İctimai Birliyinin sədr müavini, AMEA-nın əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov mövzunun aktuallığından danışaraq radikal qruplaşmaların fəaliyyətindən, onların cəmiyyətə mənfi təsirinin artmasından bəhs edib. A.Eyvazov belə qruplaşmaların daha çox gəncləri hədəf götüdüyünü, onları müxtəlif vasitələrlə öz sıralarına qata bilmə və bununla da ölkəmizin milli təhlükəsizliyinə, gələcək genefonduna zərər vurma ehtimalının olduğunu bildirib. Əhalisinin böyük əksəriyyəti müsəlman olan ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, həmçinin müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının ideoloji, iqtisadi-siyasi və hüquqi istiqamətlərdə birgə fəaliyyətinə ehtiyac vardır: "Bu məsələlər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə daim dövlətin diqqət mərkəzindədir". "Müasir İnkişaf" İctimai Birliyinin sədri, AMEA-nın əməkdaşı Mübariz Göyüşlü orta ümumtəhsil məktəblərində İslam dininin tədris oluna biləcəyini qeyd edib. O, bunun üçün BDU-nun İlahiyyat fakültəsinin, İslam Universitetinin məzunlarının potensialından səmərəli istifadə olunmasını təklif edib. M.Göyüşlü bütün işlərin müvafiq dövlət qurumlarının iştirakı və nəzarəti altında həyata keçirilməsini vacib sayıb. O, eyni zamanda Milli Kimlik araşdırmalarının genişləndirilməsinin önəminə diqqəti cəlb edib. Araşdırmaçı Vasif Nəbiyev "Qeyri-ənənəvi dini sektalar və gənclik" istiqaməti üzrə çıxış edib. "Sektaların fəaliyyəti Azərbaycan gəncliyinə mənfi təsir edir" - deyən çıxışçı çıxış yollarından söz açıb. Onun sözlərinə görə ailə və məktəblərdə gələcəyin şəxsiyyətləri olacaq yeniyetmələri milli adət-ənənə, islam ənənəsi ilə tərbiyənləndirmək lazımdır ki, milli kimlik və milli təhlükəsizlik risk altına düşməsin. Araşdırmaçı Fuad Əliyev "Gənclərin radikallaşmaya meylinin sosial-psixoloji aspektləri" istiqaməti üzrə çıxış edib. O, deyib ki, radikal təşkilatlara meyl edən gənclərdə ciddi bir mənəvi boşluq var. Onun sözlərinə görə hər bir insan doğulduğu andan fitri olaraq axtarışda olur: Bəzən bu arayışı radikal qruplara qoşulmaqla tamamladığını düşünən gənclər sonradan yanıldıqlarını anlayanda bir çox hallarda artıq gecikmiş olur. Ona görə də, gənclərin hər zaman maarifləndirilməsi diqqət mərkəzində olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31