AMİP-dən Hollandiyaya etiraz

Azərbaycan Milli İstiqlal Partiyası Hollandiya rəsmilərinin məsuliyyətsiz addımları səbəbindən Hollandiya –Türkiyə arasında yaranan diplomotik gərginliyə öz etirazını bildirib.

Azərbaycan Milli İstiqlal Partiyası Hollandiya rəsmilərinin məsuliyyətsiz addımları səbəbindən Hollandiya -Türkiyə arasında yaranan diplomotik gərginliyə öz etirazını bildirib. "OLAYLAR"-ın xəbərinə görə, partiya bəyan edir ki, ifadə azadlığından istifadə edən türk əsilli insanlara və türk vətəndaşlarına qarşı təzyiqdən və gücdən istifadə olunması özünü Qərbdə demokratik dəyərlərin əsas daşıyıcılarından hesab edən Hollandiyanın getdikcə fərqli fikrə dözümsüz olmasını göstərir: "AMİP olaraq Türkiyədə gələn ay keçiriləcək referenduma heç vaxt münasibətimizi bildirməmişik və bu münasibəti bildirmək haqqının Türkiyə Cumhuriyyəti vətəndaşlarınında və siyasi partiyalarında olduğunu bəyan etmişik. Bu hüquqlarından istifadə edən insanlara qarşı Hollandiyada aqressiya nümayiş etdirilməsi , Türkiyə xarici işlər nazirinin ölkəyə girişinə qadağa qoyulması, bu ölkənin ailə və sosial siyasətlər nazirinin Rotterdamda nəzarətə alınaraq türk konsulluğuna daxil olmasına imkan verilməməsi Hollandiyada demokratik dəyərlərin itirilməsi təhlükəsinin olması anlamına gəlir. AMİP atılan bu addımların doğru olmadığını və digər Avropa dövlətlərinin də bundan presedent kimi istifadə edəcəyindən öz narahatlığını bildirir. Bu cür məsələlərdə bütün Qərb dövlətlərini diqqətli olmağa, onlara qarşı istər daxildən, istərsə də kənardan inamın azalmasına gətirib çıxaracaq addımların atılmamasına çağırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31