Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmət göstərilir

Qəbələdə “Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmətinin göstərilməsi” layihəsi çərçivəsində dəyirmi masa keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə UNİCEF-in, Qəbələ rayon Təhsil Şöbəsinin, yerli icra, hüquq-mühafizə orqanlarının, bələdiyyə və biznes qurumlarının, QHT- lərin, Qəbələ rayon Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, dini icma, Qəbələ Məşğulluq Mərkəzinin, Qəbələ rayon Qeydiyyat Şöbəsinin, Qəbələ rayon Məhkəməsinin, Qəbələ rayon İcra Şöbəsinin, DSMF Qəbələ rayon şöbəsinin nümayəndələri və layihə üzrə aztəminatlı ailələr iştirak ediblər.

Qəbələdə "Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmətinin göstərilməsi" layihəsi çərçivəsində dəyirmi masa keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə UNİCEF-in, Qəbələ rayon Təhsil Şöbəsinin, yerli icra, hüquq-mühafizə orqanlarının, bələdiyyə və biznes qurumlarının, QHT- lərin, Qəbələ rayon Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, dini icma, Qəbələ Məşğulluq Mərkəzinin, Qəbələ rayon Qeydiyyat Şöbəsinin, Qəbələ rayon Məhkəməsinin, Qəbələ rayon İcra Şöbəsinin, DSMF Qəbələ rayon şöbəsinin nümayəndələri və layihə üzrə aztəminatlı ailələr iştirak ediblər. Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İB-nin icraçı direktoru Anar Məhərrəmov iştirakçıları salamlayaraq layihənin UNİCEF tərəfindən həyata keçirildiyini qeyd edib. UNİCEF-in məsləhətçisi Ramil İskəndərli layihə haqqında, əldə edilmiş uğurlar və qarşıda duran vəzifələr, uşaq hüquqları ilə bağlı qanunvericilik, Yuvenal Ədliyyə, qanunla ziddiyyətdə olan uşaqlar və aparılan işlər, uşaqların yaşamaq hüququ, təhsil hüququ və s. barədə məlumat verib. Layihənin əlaqələndiricisi Ümüdvar Həsənov və hüquqşünası Vüsal Məmmədov çıxış edərək uşaq hüquqları və onların qorunması, bu sahəyə dövlət qayğısı, qəbul edilən qanunlar və əhəmiyyəti ilə bağlı məlumat veriblər. Sonda "Boşanma halları, onun fəsadları və uşaqların gələcək həyatının sosial təminatında alimentin ödənilməsinin vacibliyi" mövzusunda müzakirələr aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31