YUĞ Dövlət Teatrının aktrisası Fəxri Fərmanla təltif olundu

YUĞ Dövlət Teatrının aparıcı səhnə ustası Sonaxanım Mikayılova Milli Teatr Günündə teatr sənəti sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə, Azərtbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı və Azərbaycan Teatr Xadimləri İttifaqının Sənətkar medalı ilə təltif olundu.Teatrdan "Olaylar" - a bildirilib ki,  Sonaxanım Mikayılova 1979-cu ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu (Yevgeni Semyonoviç Matveyevin emalatxanasında təhsil alıb) bitirdikdən sonra bir neçə filmlərdə çəkilib. Aktrisa 1989-cu ildən "Yuğ" teatrında çalışır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Birinci akt", "Vəsl" ("Mən, Məhəmməd Füzuli..." layihəsi), "Naməlum Axundzadə", "Medeya. Sekvensiya 01" tamaşalarında maraqlı obrazlar yaradıb.

S.Mikayılova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldu.

Sona Məmmədağa qızı Mikayılova Azərbaycan Respublikası Prezidentinin 3 may 2011-ci il tarixli sərəncamı ilə əməkdar artist fəxri adına layiq görülmüşdür. Prezident Mükafatçısıdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31