Rusiyada 6 min hərbçi hərəkətə keçdi

Rusiyanın cənubunda hərbi təlimlər keçirilir. Təlimlərdə Krasnodar və Stavropol diyarları, Həştərxan, Volqoqrad vilayətləri, Qaraçay-Çərkəz və Adıgey, o cümlədən Ermənistan və Abxaziyada yerləşdirilən Rusiya hərbi birləşmələrinin hərbi hazırlığı yoxlanılacaq.

Rusiyanın cənubunda hərbi təlimlər keçirilir. Təlimlərdə Krasnodar və Stavropol diyarları, Həştərxan, Volqoqrad vilayətləri, Qaraçay-Çərkəz və Adıgey, o cümlədən Ermənistan və Abxaziyada yerləşdirilən Rusiya hərbi birləşmələrinin hərbi hazırlığı yoxlanılacaq. Təlimlərə 6 min hərbi qulluqçu və 1,5 min ədəd hərbi texnika cəlb olunub.
 
Qeyd olunur ki, təlimlərin keçirilməsində əsas məqsəd hərbi bölmələrin qarşıya qoyulan vəzifələrin icra edilməsinin, habelə döyüş qabiliyyətinin səviyyəsini yoxlamaqdır. Poliqonlarda taktiki təlimlər, habelə döyüş və xüsusi hazırlıqla bağlı tapşırıqlar yerinə yetiriləcək.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31