İŞİD tarixi belə məhv edir - VİDEO
İraq hərbçiləri hələ ötən həftə İŞİD terrorçularının nəzarətindəki Mosul muzeyini azad ediblər. 2015-ci ildə Mosulu ələ keçirəndən sonra terrorçular bu unikal muzeydəki nadir, qiymətsiz əşyaları məhv ediblər. İraq ordusunun polkovnik-leytenantı Əbdel Əmir əl Məhəmmədinin dediyinə görə, İŞİD terrorçuları apara bildikləri eksponatları aparıblar, yerdə qalanları sındırıb dağıdıblar.
13 Mart 2017 12:45 Dünyaİraq hərbçiləri hələ ötən həftə İŞİD terrorçularının nəzarətindəki Mosul muzeyini azad ediblər. 2015-ci ildə Mosulu ələ keçirəndən sonra terrorçular bu unikal muzeydəki nadir, qiymətsiz əşyaları məhv ediblər. İraq ordusunun polkovnik-leytenantı Əbdel Əmir əl Məhəmmədinin dediyinə görə, İŞİD terrorçuları apara bildikləri eksponatları aparıblar, yerdə qalanları sındırıb dağıdıblar.
"Assuriya, Akkad, Babilistan, Humer, Pars və Roma, Qədim Misir sivilizasiyalarına məxsus artefaktlar qarət olunub. İraqdan qaçaq yolla çıxarılması mümkün olmayan eksponatlar məhv olunub. Terrorçular kitabxananı yandırıblar. Əlyazmaların və xəritələrin əksəriyyəti oğurlanıb", - əl Məhəmmədi söyləyib.
Mosuldakı Hz.Yunis məscidinin altında tunellər qazılıb. İŞİD-in partladıb məhv etdiyi bu məscidin altındakı tunellər assuriya çarı Asarhaddonun sarayının qalıqlarına doğru uzanır. Milli.az Press TV-yə istinadən xəbər verir.