Muraddan Avropaya etiraz: "Türklərdən üzr istəyənə qədər..."
13 Mart 2017 12:29 DünyaTürkiyəli müğənni Murad Kekilli Hollandiyada türklər üçün təşkil ediləcək konsertə getməkdən imtina edib. O, son günlər Hollandiya və Almaniyada türklərə qarşı göstərilən haqsızlıqlara etriazını bu yolla bildirib.
O, sosial şəbəkədə "Hollandiya və Almaniyada baş tutacaq konsertlərə getməkdən imtina edirəm. Bütün türklərdən üzr istəyənə qədər də gəlməyi düşünmürəm" yazıb.

Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin XİN rəhbərinin təyyarəsini bu ölkəyə buraxmayıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı referendum ilə əlaqədar təşviqat kampaniyası çərçivəsində Rotterdamda keçirilən mitinqdə iştirak etmək üçün Niderlandı ziyarət edə bilməyib. Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31