Qərbi mələkləşdirmək lazım deyil

Türkiyənin artan siyasi nüfuzu, çəkisi, bölgəsəl güc mərkəzinə çevrilməsi uzun illərdir ki, Qərbi, Avropanı ciddi şəkildə narahat edən məsələlərdən birinə çevrilib. Zaman-zaman qardaş ölkənin bu uğuru, əldə etdiyi nailiyyətlərə qarşı gizli planlar həyata keçirərək Türkiyəni siyasi və iqtsadi cəhətdən zəfilətməyə çalışan qərbdəkilər artıq Ankaraya qarşı savaşın açıq müstəvisinə keçiblər.

Nazim Cəfərsoy: "Demokratiya və insan hüquqları Qərbin xarici siyasətdəki strateji maraqları üçün ən təsirli strateji vasitədir"

Türkiyənin artan siyasi nüfuzu, çəkisi, bölgəsəl güc mərkəzinə çevrilməsi uzun illərdir ki, Qərbi, Avropanı ciddi şəkildə narahat edən məsələlərdən birinə çevrilib. Zaman-zaman qardaş ölkənin bu uğuru, əldə etdiyi nailiyyətlərə qarşı gizli planlar həyata keçirərək Türkiyəni siyasi və iqtsadi cəhətdən zəfilətməyə çalışan qərbdəkilər artıq Ankaraya qarşı savaşın açıq müstəvisinə keçiblər. Hər halda son günlər Almaniya və Hollandiyada yaşanan arzuedilməz olaylar, bu ölkələrdə yaşayan türklərə qarşı atılan antidemokratik və insan hüquqlarını alçaldıcı addımlar belə deməyə əsas verir. Dünənə qədər Türkiyə, hətta Azərbaycanı belə insan hüquq və azadlıqlarına tapdalamaqda əsassız olaraq ittiham edən adıçəkilən həmin ölkələr son günlərdə atmış olduğu addımlarla insan hüquq və azadlıqlarına necə dəyər verdikləri ortaya qoydular. Ən əsası bu ölkələrin demokratiya və insan hüquqları anlayışından tamamilə uzaq olduğu açıq-aşkar ortaya çıxdı. Və Qərbin əsl mahiyyəti aydın oldu.

Politoloq Nazim Cəfərsoy deyir ki, demokratiya və insan hüquqlarının Qərbdə iki istifadə modeli var. Birincisi, daxili siyasət, ikincisi xarici siyasət. Onun sözlərinə görə, daxili siyasətdə bu anlayışlar mütərrəqi dəyərlərin ifadəsidir: "Ölkədə yaşayanlara rifah, təhlükəsizlik və azadlıq kimi mühüm imkanlar tanıyır. Qərbdəki bu təcrübənin Şərqdə ciddi və səmimi olaraq məninsənməsi həm fərd, həm cəmiyyət və həm də dövlət maraqları baxımından strateji məcburiyyətdir. Digər tərəfdən demokratiya və insan hüquqları Qərbin xarici siyasətdəki strateji maraqları üçün ən populyar və çox təsirli strateji vasitədir. Bu müstəvidə demokratiya və insan hüquqları artıq Qərbin əlaqədar ölkələrdəki siyasi, iqtisadi, hərbi və mədəni maraqlarının təminatçısı rolunu oynayır. Bu məqamı görmək üçün hazırda beynəlxalq münasibətlər sisteminin anlaşılması baxımından ən geniş istifadə olunan liberalist və realist paradiqmalara baxmaq yetərlidir. Belə ki, realizmin və onun son versiyalarından olan neorealizmdə dövlətin maraqları hələ də güclü və çox vaxt da müyyənləşdiricidir. Son 30 ildə beynəlxalq münasibətlərdə hətta realist paradiqmanı da kölgədə qoyacaq şəkildə populyarlaşan liberalist paradiqmanın gəldiyi nöqtə olan "democracy promotion" və "insani müdaxilə" anlayışları və bunun tətbiqinə dair yetərincə problemli nümunələr də Qərb dövlətlərinin xarici siyasətində demokratiya və insan hüquqlarının bu çərçivədəki yerini aydın formada göstərməkdədir". Nazim Cəfərsoy bildirib ki, bu rol bəzən demokratiya və insan hüquqlarının daxildəki mahiyyətinin davamı olur, bəzən də onunla ziddiyyət təşkil edir: "Maraqlıdır ki, bu mahiyyət bütünlüyu və ya ziddiyyəti zaman, ölkə və beynəlxalq şəraitə uyğun olaraq özünü göstərir. Məsələn, Qərb Gürcüstanın və ya Ukraynanın ərazi bütovlüyünü birmənalı dəstəkləyir, Ancaq Azərbaycanın məsələsində nəm-nüm edir. Kırımı işgal edən Rusiyaya embarqo var, ancaq Ermenistana yoxdur. Bunu sadəcə "Ukrayna və Ermənistan yaxşı işləyirlər" tezisi ilə izah etmək yetərsizdir. Çünki bütün Qərb ölkələrinin qərar vericiləri Kırımla Qarabağın eyni proseslərin nəticəsi olduğunu əla bilir. Rusiya erməni lobbisindən qat-qat güclüdur, həm də elə Qərbin özündə. Ya da Qərbin geosiyasi maraqları totalitarizmin əsas qabarıq nümunəsi Səudiyyə Ərəbistanını dəstəkləyərkən Suriyada Əsədə qarşı çıxır. Ya da terror təşkilatı İŞİD terror təşkilatının Qərbdəki demokratik mühitdən faydalanmasına imkan verilmir. Ancaq eyni metodları istifadə edən PKK terror təşkilatı və ya hərbi xuntaçı FETÖ üzvləri Avropa demokratiyasından necə lazımdır faydalanır. Qərbi mələkləşdirmək də lazım deyil, şeytanlaşdırmaq da. Ağıl və vicdanla Qərbi dəyərləndirmək lazımdır. Mütərəqqi olanı səmimi olaraq insanımız və dövlətimiz üçün mütləq almalı və tətbiq etməliyik, geosiyasi olanı və yəni imperial marağın ifadəsi olanı isə bizim maraqlarımıza ziddirsə rədd etməliyik. Elə Qərb düşüncəsindəki ağıl, vicdan, milli dövlət, demokratiya, insan hüquqları kimi dəyərlər də bunu təşviq edir". Nazim Cəvərsoy onu da qeyd edib ki, son illərdə Qərb öz geosiyasi maraqları üçün demokratiya və insan hüquqlarını bu dəyərlərin hətta öz daxili siyasətdəki mütərəqqi mahiyyətinə zərər verəcək səviyyə və formada geniş istifadə edir: "Ancaq digər tərəfdən, Qərbin bu yanaşması avtoritar və totalitar siyasi rejimlər tərəfindən demokratiya və insan hüquqlarına zidd və eybəcər formada bəhanə kimi geniş istifadə olunur. Halbuki demoratiyanın və insan hüquqlarının Qərbdəki daxili siyasətdəki mütərəqqi mahiyyəti avtoritar və totalitar formada idarə olunan ölkələrin insanının və cəmiyyətinin mütləq tətbiqi də strateji məcburiyyətdir. Əks halda həm insanımız mutərəqqi dəyərlərdən-azadlıq, rifah, təhlükəsizlik- məhrum qalır, həm də onun dövləti daxili qeyri-sabitlik və başqa dövlətlə.rin xarici müdaxilələrinin səbəb olduğu böyük təhlükəsizlik problemləri ilə qarşılaşır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31