"Bomj"u öldürən qadın: "VİNTAÇANLA VURDUM"

"Bomj"u qətlə yetirməkdə təqsirləndirilən Azad Mürsəlov və Lətifə Zamanovanın cinayət işi üzrə məhkəməsi keçirilib.  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid olan Məmməd Rüstəmovun ünvanını tapa bilmədiklərini bildiriblər. Hakim həmin şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib. Buna səbəb təqsirləndirilən Azad Mürsəlovun həmin şahidin dindirilməsində israrlı olması olub. Azad Mürsəlov qeyd edib ki, həmin şahid istintaq ifadəsində yalan danışıb:

"O məhkəmədə ifadə verməlidir. Çünki Ruslanı bıçaqla vurmamışam. Onu mən ancaq döymüşəm. Amma Məmməd adlı şahid deyib ki, guya Ruslanı bıçaqla vurmuşam".
 
Lətifə Xamanova isə deyib ki, hadisə zamanı Ruslan Cavadovu vintacan ilə vurub. Məhkəmə prosesi aprelin 3-də davam edəcək.
 
Qeyd edək ki, Nəsimi rayonu, Həzi Aslanov küçəsində 1978-ci il təvəllüdlü Ruslan Cavadovun üzərində çoxsaylı xəsarətlər olan meyiti aşkarlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş - Astara rayon sakini Azad Mürsəlov və Babək rayon sakini Lətifə Zamanova tutulublar. Qətlə yetirilən və onu öldürən şəxslərin tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31