Gündəm
Yeni iqtisadi şəraitdə əsas hədəflərdən biri kənd təsərrüfatının inkişafıdır
“Yeni iqtisadi şəraitdə Azərbaycanın üstün inkişafını hədəflədiyi sahələrdən biri də aqrar sektordur. Ölkəmizin malik olduğu əlverişli coğrafi-iqlim xüsusiyyətləri, fəal məşğul əhalinin 40 faizdən çoxunun bölgələrdə yaşaması bütün respublikaboyu kənd təsərrüfatının qarşısında geniş inkişaf perspektivləri açır”.
Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə verilir
Gözün buynuz qişası “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı”na daxil edilir.
Deputat banklara nəzarətin sərtləşdirilməsinə qarşı çıxıb
“Bu gün Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına yetərincə inteqrasiya olunub və ölkədə müəyyən mənada bir liberal iqtisadi sistem formalaşdırılıb. Amma bununla belə, biz proterksionizmə də üstünlük verməyə başlamışıq.
Komitə sədri: “Dərman vasitələri ilə bağlı hələ də ciddi problemlər var və görüləsi işlər qalmaqdadır”
“Dərman vasitələrinin keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərinin tənzimləməsi istiqamətində xeyli iş görülsə də, hələ də ciddi problemlər var və görüləsi işlər qalmaqdadır”.
Avtomobildə araq və siqaret aşkar olundu
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "Mersedes Benz" markalı avtomobildə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan araqların və siqaretlərin olması barədə məlumat daxil olub.
"Azərbaycan ailəsi 2017” film festivalına start verilir
30 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə 9-cu “Azərbaycan ailəsi 2017” film festivalına start verilir. Komitədən “Olaylar”a verilən məlumata görə, 2009-cu ildən etibarən həyata keçirilən və beynəlxalq xarakter daşıyan “Azərbaycan ailəsi” film festivalı və festival çərçivəsində keçirilən “Həyatdan şəkilə” adlı fotomüsabiqənin əsas məqsədi kinematoqrafiya və fotoqrafiya sənətinin vasitəsi ilə ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətinin aşkar olunması, eləcə də ailə məsələlərini əks etdirən video və foto materiallardan ibarət fondun zənginləşdirilməsi və təqdim edilən işlərin maarifləndirmə məqsədilə cəmiyyət üzvlərinə nümayiş etdirilməsidir.
Məşğulluğun təmin edilməsi dövlətin əsas diqqət mərkəzindədir
Son illər qlobal səviyyədə müşahidə edilən mənfi iqtisadi tendensiyalar hər bir ölkəyə bu və ya digər dərəcədə təsirini göstərir. Xüsusilə, bu təsirlər 2015-ci ilin sonlarında dünya bazarlarında neftin qiymətinin aşağı düşməsindən sonra daha qabarıq şəkildə büruzə verdi. İqtisadiyyatlarını yalnız neftə bağlayan, onun gəlirlərindən yaralanan ayrı-ayrı dövlətlər qlobal iqtisadi böhran qarşısında demək olar ki, aciz qaldılar. Belə bir vəziyyətdə isə yeganə çıxış yolu kimi ağla gələn ilk iş neft sektorunda mövcud olan iş yerlərinin bağlanması oldu. Son statistik məlumatlara görə, 2015-ci ilin sonlarından etibarən ayrı-ayrı dövlətlərdə neft sektoruna aid olan on minlərlə iş yeri qapanıb. Amma böhranın iqtisadiyyatına minimum təsir edən ölkələr də oldu ki, onların sırasında Azərbaycan öz sırada yer alırdı. Bunu şərtləndirən başlıca amillərdən biri isə Azərbaycanın neftdən gələn gəlirləri daha çox qeyri-neft sektoruna yönəldərək bu sektorda yeni iş yerlərinin açılmasını təmin etməsi idi. Bunun isə bazasında, təməlində ölkədə həyata keçirilən uğurlu islahatlar və proqramlar dayanırdı. Eyni zamanda qüdrətli, bacarıqlı idarəçilik.
“Mən həyatı seçirəm” layihəsi çərçivəsində tədbir keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, Respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtın səmərəli şəkildə təşkili, onların ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.
8 yaşdan yuxarı 18 uşaq I sinfə qeydiyyatdan keçib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi martın 15-dən bu günə kimi I sinfə qəbulla bağlı elektron müraciət edən 8 yaşdan yuxarı və 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərində tamam olan uşaqların sayını açıqlayıb.
Bakı polisindən öpüş xəbərdarlığı: "Avtomobil dayananda olar"
Dünəndən jurnalist Xaqani Səfəroğlunun metroda öpüşən gənclərlə bağlı yazdığı fikirləri böyük müzakirələrə səbəb olub. İnsanlarn bəziləri metroda öpüşən gəncləri, digərləri isə müəllifi müdafiə edib.
Azərbaycanın BƏT-in 2017-2020-ci illər üçün Rəhbər Orqanının (İLO Governing Body) üzvlüyünə namizədliyi irəli sürülüb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin gələcəyi” təşəbbüsü üzrə milli dialoq çərçivəsində keçirilən tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Haynts Kölerlə görüşüb.
Penitensiar xidmətin şəxsi heyəti “Virtual Qarabağ” İKTM-in fəaliyyəti ilə tanış olub
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş İdarəsində şəxsi heyət “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur. Penitensiar Xidmətin İctimaiyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun yaradılan mərkəzin fəaliyyəti ilə şəxsi heyəti mərkəzin rəhbəri, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri, Respublika Prezidenti yanında “Gəclər fondu” Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev tanış etmişdir.
Nəsimi rayonunda şagirdlər konsert verib
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Nəsimi rayonu H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin konserti keçirilmişdir.
Tarix Muzeyində 31 Mart Soyqırımı
Nazir müavini Gürcüstan sədiri ilə görüşüb
Mart ayının 30-da kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Gürcüstan Respublikasının Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycanla Gürcüstan arasında kənd təsərrüfatı sahəsində iki tərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.














