Komitə sədri: “Dərman vasitələri ilə bağlı hələ də ciddi problemlər var və görüləsi işlər qalmaqdadır”
“Dərman vasitələrinin keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərinin tənzimləməsi istiqamətində xeyli iş görülsə də, hələ də ciddi problemlər var və görüləsi işlər qalmaqdadır”.
30 Mart 2017 15:51 Sosial"Dərman vasitələrinin keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərinin tənzimləməsi istiqamətində xeyli iş görülsə də, hələ də ciddi problemlər var və görüləsi işlər qalmaqdadır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov martın 30-da adıçəkilən komitəsinin iclasında "Dərman vasitələri haqqında" qanuna edilən dəyişikliyin müzakirəsi zamanı deyib. Komitə sədri deyib ki, son illərdə ölkə başçısı İlham Əliyevin həyata keçridiyi siyasət nəticəsində həm ölkədə istehsal, həm ixrac olunan dərman vasitələrinin keyfiyyəti, o cümlədən, qiymətlərinin tənzimləməsi istiqamətində ciddi işlər görülüb: "Bu istiqamətdə ciddi irəliləyiş əldə olunub. Amma buna baxmayaraq, hələ də bu istiqamətdə xeyli problemlər qalır və bunun üçün də işlər görülməlidir". Komitə sədri əlavə edib ki, qanuna nəzərdə tutulan dəyişiklik redaktə xarakterli və digər qanunlara uyğunlaşdırma məqsədi daşıyır: "Dərman vasitələri haqqında" qanunun hazırkı variantına əsasən, Azərbaycanda istehsal və ölkəyə idxal edilən dərman vasitələri qanunvericliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti tərəfindən sertifikatlaşdırılır. Qanuna edilən yeni dəyişikliyə əsasən, Azərbaycanda istehsal və ölkəyə idxal edilən dərman vasitələri qanunvericliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirilən qurumu və ya akkreditasiya edilmiş uyğöunluğu qiymətləndirlən qurumlar tərəfindən sertifikatlaşdırılır". Qanun layihəsi MM-in plenar iclasına tövsiyə edilib.
.