Məşğulluğun təmin edilməsi dövlətin əsas diqqət mərkəzindədir

Son illər qlobal səviyyədə müşahidə edilən mənfi iqtisadi tendensiyalar hər bir ölkəyə bu və ya digər dərəcədə təsirini göstərir. Xüsusilə, bu təsirlər 2015-ci ilin sonlarında dünya bazarlarında neftin qiymətinin aşağı düşməsindən sonra daha qabarıq şəkildə büruzə verdi. İqtisadiyyatlarını yalnız neftə bağlayan, onun gəlirlərindən yaralanan ayrı-ayrı dövlətlər qlobal iqtisadi böhran qarşısında demək olar ki, aciz qaldılar. Belə bir vəziyyətdə isə yeganə çıxış yolu kimi ağla gələn ilk iş neft sektorunda mövcud olan iş yerlərinin bağlanması oldu. Son statistik məlumatlara görə, 2015-ci ilin sonlarından etibarən ayrı-ayrı dövlətlərdə neft sektoruna aid olan on minlərlə iş yeri qapanıb. Amma böhranın iqtisadiyyatına minimum təsir edən ölkələr də oldu ki, onların sırasında Azərbaycan öz sırada yer alırdı. Bunu şərtləndirən başlıca amillərdən biri isə Azərbaycanın neftdən gələn gəlirləri daha çox qeyri-neft sektoruna yönəldərək bu sektorda yeni iş yerlərinin açılmasını təmin etməsi idi. Bunun isə bazasında, təməlində ölkədə həyata keçirilən uğurlu islahatlar və proqramlar dayanırdı. Eyni zamanda qüdrətli, bacarıqlı idarəçilik.

Bu gün dünyada işsizlik səviyyəsinin artan sürətlə davam etdiyi bir halda, Azərbaycanda bu sahədə hansısa problemlərin müşahidə edilməməsi, əskinə əvvəlki illərlə müqayisədə işsizliyin səviyyəsinin daha da minimuma enməsi məhz uğurlu islahatların və düzgün idarəçiliyin nəticəsidir. Dövlət başçısı seçilən ilk gündən bu məsələyə xüsusi diqqət yetirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı qətiyyətlə bildirmişdi ki, tezliklə ölkədə 600 min iş yeri açıalacaq. O zaman Cənab İlham Əliyevin söyləmiş olduğu bu fikirləri yerli və bəzi xarici dairələr tərəfindən reallaşması qeyri-mümkün olan əməl kimi dəyərləndirilsə də, lakin ortada siyasi iradə və düzgün idarəçilik mexanizminin mövcudluğu bəzilərinin xəyal kimi gördüyünü reallığa çevirdi. Təbii ki, dövlət başçısı həmin fikir ifadə edərkən buna nail olmaq üçün görəcəyi işləri də müəyyənləşdirmişdi. Elə 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtiusadi ikişafı Dövlət Proqramı da məhz bundan qaynaqlanırdı. Təsadüfi deyil ki, proqramın icrası başa çatana qədər elə ölkədə yüz minlərlə yeni iş yeri açıldı. Müsbət tərəfi isə ondan ibarət idi ki, həmin iş yerlərinin böyük bir qismi məhz daimi idi, eyni zamanda qeyri-neft sektorunun payına düşürdü. Elə bütün bunların göstəricisidir ki, dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranının iqtisadiyyatımıza obyektiv səbəblərdən göstərdiyi mənfi təsirə baxmayaraq, görülən kompleks tədbirlər nəticəsində 2016-cı ildə də Azərbaycan iqtisadiyyatı inkişaf edib, qeyri-neft sənayesi 5 faiz, o cümlədən kənd təsərrüfatı 2,6 faiz artıb. Son 10 il ərzində isə ölkənin Ümumi Daxili Məhsulu 3 dəfədən çox artıb, 1 milyon 600 mindən artıq yeni iş yeri yaradılıb. Əhalinin gəlirləri 5,2 dəfə, minimum əmək haqqı 3,5 dəfə və orta aylıq nominal əmək haqqı 3,8 dəfə artmış, işsizlik səviyyəsi 5 faiz səviyyəsində saxlanılıb.

Dövlətin ölkədə işsizlik səviyyəsinin tamamilə aradan qaldırmaq siyasəti göründüyü kimi davamlı xarakter daşıyır. Regional proqramların davamlı xarakter alması, yeni müəssisə və zavodlar, istehsal müəssisələrinin tikilib istifadəyə verilməsi, ümumilikdə əhalinin məşğulluğunun artırılmasına xidmət edən amillərdəndir. Hazırda da qeyd edilən istiqamətdə ciddi tədbirlər həyata keçirilməkdədir. Hazırkı situasiyada kənd təsərrüfatı sektorunun daha da inkişaf etdirilməsi ilə kənd yerlərində işsizliyin aradan qaldırılması prioritetdir. Bu mənada Azərbaycan Prezidentinin pambıqçılığın inkişaf etdirilməsi istiqamətində hökumətin qarşısında qoyduğu vəzifələr xüsusi qeyd edilməlidir. Bu günlərdə Saatlı rayonunda dövlət başçısının iştirakı ilə ölkdə pambıqçılığın inkişaf etdirilməısinə dair keçirilən müşavirə də bir daha təsdiq etdi ki, dövlət bu yolda qətiyyətli addımnlar atır və tezliklə uğurlu nəticələr özünü göstərəcək. Müşavirədə Prezident İlham Əliyevin qyed etdiyi kimi dövlət öz tədbirlərini görür. Prezidentin qeyd etdiyi kimi cari ilin 3 ayında ölkədə 40 mindən çox yeni iş yerinin açılması deyilənlərin sübutudur: "Dövlət şirkətlərində, dövlət qurumlarında, yerli icra orqanlarında 40 mindən çox vətəndaş artıq işlə təmin edilib. Bu, təmir-tikinti işləridir, bu, yaşıllıqlara qulluq etmək üçün nəzərdə tutulan iş yerləridir. Biz yeni iş yerləri yaratmalıyıq. Çünki biz işsizliyi daim aşağı səviyyədə saxlamalıyıq. Bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və bu, aşağı səviyyədə qalmalıdır. Bəzi qonşu ölkələrdə işsizlik artıq böhran həddinə çatır, eyni zamanda, orada demoqrafik böhran yaşanır. Bizdə isə əhali artır. Əhali artdıqca biz yeni iş yerləri haqqında düşünməliyik. Əhalinin artımı çox müsbət göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Ancaq, eyni zamanda, bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31