Gündəm

Komitədən atası tərəfindən xüsusi amansızlıqla öldürülmüş uşaqla bağlı AÇIQLAMA

30 Mart 2017 14:58

Bəzən məişət zorakılığını ər-arvad arasında olan zorakılıq kimi qəbul edirlər. Ancaq Sabirabadda 7 yaşlı Röyaminin atası tərəfindən başına çəkiclə vurularaq öldürülməsi də məişət zorakılığıdır.

"Çevriliş cəhdinin təşkilatçısını Türkiyədə gizlədirlər"

30 Mart 2017 14:56

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ 15 iyul dövlət çevrilişi cəhdinin təşkilatçılarından biri olan Adil Öksüzün Türkiyədə gizlədildiyini düşünür.

Bakıda avtomobil yolu çökdü

30 Mart 2017 14:55

Salyan şosesi, "Sədərək" Ticarət Mərkəzi istiqamətindəki magistral avtomobil yolunda çökmə baş verib.

Sahibkarlar azadlıqda

30 Mart 2017 14:55

XİN Liviyada saxlanılan azərbaycanlılarla bağlı məsələyə aydınlıq gətirib

30 Mart 2017 14:48

Xarici İşlər Nazirliyi (XİN) Liviyada saxlanılan azərbaycanlılarla bağlı məsələyə aydınlıq gətirib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev  bildirib ki, “Captan Xayyam” gəmisi Liviya ərazisində saxlanılıb: “Gəmi Syerra-Leone bayrağı altında hərəkət edib, Türkiyənin “Sayğı Dənizçilik və Elektrik San.” şirkətinə məxsusdur.

Daha bir bank ləğv olunur

30 Mart 2017 14:45

Yaxın vaxtlarda “United Credit Bankı”nın ləğvetmə prosesinə başlanacaq. “Olaylar” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib: “United Credit Bankı”nın ləğv edilməsi ilə bağlı məhkəmə prosesləri icra olunur.

Özbaşınalığa görə tətbiq edilən cərimənin miqdarı artırılır

30 Mart 2017 14:45

Azərbaycanda özbaşınalığa görə tətbiq edilən cərimənin miqdarı artırılır. “Olaylar” xəbər verir ki, bununla bağlı müddəa Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsində əksini tapıb.

Deputat: “Bank Standard” külli miqdarda depoziti əmanətçilərə qaytarmır”

30 Mart 2017 14:43

“Bank Standard” sığortalanmayan külli miqdarda depoziti bu gün də əmanətçilərə qaytarmır”. “Olaylar xəbər verir ki, bunu millət vəkili İlham Əliyev bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Əmək Nazirliyi Tərtərdə 5  fərdi yaşayış evini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verib

30 Mart 2017 14:41

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin yeni mənzillərlə təminatı işləri Tərtər rayonunda davam etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu rayonda inşa etdirilmiş 5 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Fərdi yaşayış evlərindən 2 ədədi Qarabağ müharibəsi əlillərinə, 3 ədədi isə şəhid ailələrinə təqdim olunub.

Elbrus Əlizadənin biblioqrafiyası çap olundu

30 Mart 2017 14:40

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu tərəfindən direktorun  elmi işlər üzrə sabiq müavini, görkəmli coğrafiyaşünas alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, AMEA-nın müxbir üzvü, coğrafiya üzrə elmlər doktoru, professor Elbrus Kərim oğlu Əlizadənin biblioqrafiyası çapdan çıxıb.

"Pambıqçılığın inkişafı ilə bağlı biolaborotoriya tikilsin"

30 Mart 2017 14:28

“Hazırda ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı biolaborotoriya tikilsə, bu, işə daha çox müsbət nəticə verə bilər. Vaxtilə Ulu Öndərin hakimiyyəti dövründə ölkəmizdə 4-5 biolaborotoriya fəaliyyət göstərirdi. Bununla da kənd təsərrüfatında zərərverici həşəratlara qarşı boloji mübarizə metodundan istifadə olunurdu. Belə olan halda, kimyəvi maddə olan pestisidə ehtiyac qalmırdı. Bu baxımdan hazırda da bu metoddun tətbiqinə ehtiyac var. Belə olsa, ölkəmizdə Pestisid zavodunun tikintisinə də ehtiyac qalmayacaq. Əgər ehtiyac qalsa, müəyyən ocaqlarda aparılan hesablamalar  nəticəsində lazımi sahələrə çiləmə üsülu ilə pestisiddən istifadə etmək olar”.

“Sarkisyanın açıqlaması diktatorlar və hərbi xuntalara xas olan haldır” 

30 Mart 2017 14:26

“Sarkisyanın “İsgəndər” silahları ilə Azərbaycanı hədələməsi və erməni xalqını yeni müharibələrə sürükləyən açıqlaması diktatorlar və hərbi xuntalara xas olan haldır. Sarkisyanın bu çıxışı Ermənistanın hərbi xunta rejimi ilə idarə olunduğunu özünün isə səhra komandiri psixologiyasından ayrıla bilmədiyini sübut edir”. BunuAzərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri, diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.

Sədaqət Vəliyeva: "Bu il qeyri-neft sektorunun inkişafı və Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli il olacaq"

30 Mart 2017 14:24

Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet sahə hesab edilir. Bu sözləri  Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Hərbi ekspert: “Sarkisyan hakimiyyətinin çat verdiyi göz önündədir”

30 Mart 2017 14:21

“Ermənistanın gələcəyi, qonşuları, xüsusilə də Azərbaycanla  münasibətlərinə dair reallığı əks etdirən istənilən fikir Serj Sarkisyan iqtidarı tərəfindən təzyiq və təhdidlə qarşılaşır. Hakimiyyətdəki şəxslər belə S.Sarkisyanı tərk edirlər. İstefa verən bütün şəxslər anti-Sarkisyan hərəkatına qoşulurlar”. Bunu hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.