Gündəm
Məhkəmələrin bir qismi subyektiv qərar verir
“Bu gün məhkəmələrdə 700 min iş var. Bu işlərin 40%-i, yəni 280 mini bank-müştəri münasibətləri ilə bağlıdır”. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq kimitəsinin iclasında millət vəkillərinin qaldırdığı məsələlərə mövqeyini açıqlayarkən deyib.
Deputat: “Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı banklar vurub”
Martın 31-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Banklar haqqında” qanunlara, eləcə də Mülki, İnzibati Prosessual, Mülki Prossessual Məcəllələrinə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi aparılıb.
Liviyada saxlanılan azərbaycanlılardan biri öldü - Beşinin ailəsi isə...
Ötən il fevralın 13-də Liviyada saxlanılan üç azərbaycanlıdan biri, 48 yaşlı Elşad Hüseynov vəfat edib.
Timati futbol klubu təsis etməyə hazırlaşır
Timati adı ilə tanınan musiqiçi Timur Yunusov Moskvada futbol klubu və agentliyi təsis etmək istəyir. Bu layihənin birinci ilinə 10 milyon rus rublu sərmayə qoymaq planlaşdırılır. 3-5 ildən sonra yaradılacaq futbol klubuna ad hələ seçilməyib. Timati ilə birlikdə "Black Star" şirkətinin rəhbəri Pavel Kuryanov yeni təsis olunacaq futbol klubunda yerli, gənc oyunçulara üstünlük verəcəklərini diqqətə çatdırıb.
Erməni diasporu öz yalanları ilə dünyanı aldatmaqdadır
Ermənilərin XX əsrin əvvəllərində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımın 99 ili tamam olur. 1918-ci ilin martında baş verən bu soyqırımın ağrı-acısını Azərbaycan xalqı unutmur, onu hər il böyük hüznlə yad edir. Bolşevik və daşnakların vəhşicəsinə həyata keçirdikləri bu soyqırım təkcə Şimali Azərbaycanın hüdudları ilə kifayətlənməyib. Eyni zamanda Şərqi Anadolu, Cənubi Azərbaycanda da daşnaklar azərbaycanlılara amansız divan tutublar.
“Made in Azerbaijan” brendi dünya bazarlarında
Dünya iqtisadiyyatında qeyri-müəyyənliyin müşahidə edildiyi bir məqamda qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amillərdən birinə çevrilib.
“Günəşli” yatağında aparılan təmir işləri yüksək nəticə verib
“Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədi ilə fəaliyyətsiz fondda olan quyuların təmiri üzrə ardıcıl tədbirlər həyata keçirir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Günəşli” yatağında da quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görülür.
Heydər Əliyev prospektində hərəkət qismən məhdudlaşdırılır
“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bu gün axşam saatlarınadək Xəzər rayonu Heydər Əliyev prospektinin “Binə” yol qovşağından “Mərdəkan” yol qovşağınadək olan hissəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
İstehlak kreditləri azalıb
“2016-cı ildə istehlak kreditləri 20%, təxminən 1,2 milyard manat azalıb, ancaq real azalmanın həddi 2,35 milyard manat olub”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sədri Rüfət Aslanlı deyib.
Hansı bank əmanətlərin qaytarılmasına başlayacaq?
Bu ilin aprelindən ləğv olunmuş “Qafqaz İnkişaf Bankı” ASC-də qorunmayan əmanətlərin qaytarılmasına başlanacaq. “Olaylar” xəbər verir ki,bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı deyib
Universitet tələbələri həbs olundu
Türkiyənin İstanbul Universitetində bir qrup tələbələr həbs olunub. “Olaylar” “Hüriyyet” - ə istinadən bildirir ki, tələbələr 42 il bundan öncə Kızıldərədə silahlı insident zamanı vəfat edən Mahir Çayan və tərəfdaşlarını anmaq üçün toplanmaq istəyən tələbələrə icazə verilməyib. Tələbələrlə universitetinin mühafizəçiləri arasında yaşanan gərginliyə polis müdaxilə edib. Tələbələr yaşanan gərginliyi mobil telefonları vaistəsilə qeydə alıblar. Son olaraq polis bir neçə tələbəni həbs edib.
Öldürdüyü həyat yoldaşını gizlicə dinləyirmiş - "Demədimmi başımı yerə soxma"
Türkiyənin Bursa şəhərində boşanma iddiası açdıqdan sonra 16 illik həyat yoldaşını 15 bıçaq zərbəsi ilə öldürən Tahsin Taner Açıkgöz haqqındakı prokurorluq istintaqı başa çatıb.
ABŞ dövlət katibi Ankarada Ərdoğanla görüşür
ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyədə səfərə gəlib. Hazırda ABŞ rəsmisinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü keçirilir. Ərdoğanla görüşdən sonra Tillersonun Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşü keçiriləcək.
İyirmi doqquzuncu İran səfərnaməsi
İran İslam Cümhuriyyəti Mədəniyyət Mərkəzinin rəhbəri cənab dr. İbrahim İbrahimi mənə zəng etdi. Bildim ki, yenə hardasa tədbir keçiriləcək. Elə də oldu. Dedi ki, bu ayın 24-25-də İranın Yəzd şəhərində böyük bir Beynəlxalq Konfrans olacaq və Şahin Fazilin iştirak etməsi nəzərdə tutulur. Mənimlə daha kimlərin gedəcəyini soruşdum. Məlum oldu ki, akademik Vasim Məmmədəliyev və Azərbaycan Milli Akademiyası Şərqşünaslıq İnstitutunun “İran tarixi” şöbəsinin müdiri Vidadi Mustafayev də bu yığıncağa dəvət olunmuşlar.
Narkomaniya şəxsiyyətin tənəzzülü və məhvi ilə nəticələnir
Bu gün narkotiklərin qanunsuz dövriyyəsi transmilli xarakter kəsb edərək, bütün bəşəriyyəti təhdid edən qlobal təhlükəyə çevrilib. Narkomaniya kriminogen vəziyyətin daha da pisləşməsinə təkan verir, bir sıra ağır xəstəliklərin yayılmasını sürətləndirir, əxlaqi dəyərlərin devalvasiyası, şəxsiyyətin tənəzzülü və məhvi ilə nəticələnir.













