Gündəm

Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyəti artırılır

30 Mart 2017 13:40

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi 3 qanun layihəsi-İnzibati Prosessual, Mülki Prosessual və Mülki məcəllələrə dəyişikliklər edilməsi barədə qanun layihələri  müzakirəyı çıxarılıb. Xatırladaq ki, ölkədə Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətə başlaması bu qanunlarda dəyişikliklərin edilməsi zərurətini yaradıb.

İnternet oyunları uşaqları intihara aparır

30 Mart 2017 13:37

Müasir dünyada virtual məkan gündəlik həyatımızın bir parçasına çevrilib. İstər böyüklər, istərsə də uşaqlar nootbuk, planşet, smartfonlar və digər rəqəmsal texnologiyalardan istifadə edir, internet, sosial şəbəkələr vasitəsilə ünsiyyət qururlar. Ona görə də internetin müsbət və mənfi təsirlərini bilmək və uşaqlara internetdən səmərəli və təhlükəsiz istifadə qaydalarını öyrətmək olduqca önəmlidir. 

Zaxarova: "Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada görüşəcəyi barədə məlumatım yoxdur"

30 Mart 2017 13:29

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşünün keçiriləcəyi barədə məlumata münasibət bildrib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada görüşünün keçiriləcəyi barədə məlumatı olmadığını söyləyib: "Bu barədə məlumat olan kimi bildirəcəyik".

Xaricdəki azərbaycanlı məhbusların cəzalarını Azərbaycanda çəkməsi üçün prosedur müəyyənləşdirilib

30 Mart 2017 13:27

Ədliyyə Nazirliyinin Kollegiyası “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nı təsdiqləyib.

DİN Bakıda sovet əsgərlərinin məzarlarının dağıdılması barədə məlumatlara aydınlıq gətirib

30 Mart 2017 13:24

Daxili İşlər Nazirliyi (DİN) Rusiyanın “Life.ru” xəbər portalında Bakı şəhərində sovet əsgərlərinin dəfn olunduğu qəbiristanlıqda məzarların guya dağıdılması, onların ətrafına çəkilmiş dəmir çərçivələrin naməlum şəxslər tərəfindən oğurlanması barədə yayılan informasiyaya münasibət bildirib.

Dəhşətli görüntülər: İŞİD uşaqdan qalxan kimi istifadə etdi - VİDEO 

30 Mart 2017 13:22

Mosulda dronla çəkilən görüntülər dəhşətə gətirir. Videoda İŞİD terrorçusunun yolu keçən zaman güllələrə tuş gəlməsin deyə uşağı özünə "qalxan" tutması əks olunub. Görüntülər fevral ayından bu günə qədər azı 4 min vətəndaşın öldüyü Mosulun qərbində uçan drona düşüb.

Meteohəssas insanlara  Xəbərdarlıq

30 Mart 2017 13:16

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.

İkinci “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-Kimya” Beynəlxalq Forumu keçiriləcək

30 Mart 2017 13:13

Aprelin 25-28-də Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital” Ltd şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş İkinci “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-Kimya” Beynəlxalq Forumu keçiriləcək.

IV İslam Həmrəyliyi Oyunları məktəblərdə təbliğ olunacaq

30 Mart 2017 13:11

Martın 30-dan IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinə start verilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən yarışların təşkil edilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının Proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.

Sarkisyanın mühafizəsi gücləndirilib “Joxovurd”

30 Mart 2017 13:10

Ermənistan prezidenti Serj Sarkisyanın mühafizəsi son vaxtlar daha da gücləndirilib. Bu barədə “Joxovurd” nəşri yazıb. Nəşr qeyd edib ki, Sarkisyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə, həmçinin Ermənistanın uzaq bölgələrinə helikopterlə səfər edir və onu havadan daha iki döyüş helikopteri müşayiət edir.

Açıq səma altında Plener

30 Mart 2017 12:59

Aprelin 2 – də Art Villa qalereyasında "Açıq səma altında Plener 15" keçiriləcək. Qaleriyadan “Olaylar” – a bildirilib ki, Gənclər Şəbəkəsinin təşəbbüsü ilə, Azərbaycan İncəsənət Konsulluğunun ("Arts Council Azerbaijan"), Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan plener "İçəri Şəhərdə bahar" mövzusuna həsr edilib. Tədbir təkcə ənənəvi olaraq rəsm əsərlərinin açıq səma altında təbii işıq və şəraitdə yaradılmasını deyil, həm də açıq havada çoxsaylı rəssamların çalışmasını nəzərdə tutub. Burada gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edəcəklər.

Naziri vətəndaşlarla görüşdü

30 Mart 2017 12:58

Martın 30 – da Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Ağdam şəhərinin Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ağdam, Ağcabədi, Tərtər və Bərdə rayonlarının vətəndaşları ilə görüşüb. 

Polkovnik Ramaldanov: "Hədə-qorxu dolu bəyanatlar ermənilərin faciəsinə gətirib çıxaracaq"

30 Mart 2017 12:56

Azərbaycanda mövcud olan ən müasir raket və artilleriya sistemləri nəinki işğal olunmuş ərazilərimizdə, həmçinin Ermənistanda yerləşən bütün strateji və hərbi obyektləri yerlə-yeksan etməyə qadirdir.

Ronaldu: "Neymar Mourinyonun yanına getməkdənsə, “Barsa”da qalsın”

30 Mart 2017 12:51

"Real"ın ulduz futbolçusu Kriştianu Ronaldu "Barselona"nın hücumçusu Neymara məsləhət verib. Portuqaliyalı forvard həmkarının İngiltərəyə köçməsinin yanlış seçim olacağını düşünür. O bildirib ki, Neymar hazırkı komandasında qalarsa, daha çox titul qazana bilər: "Onun üçün "Barselona"da pik səviyyəyə çatmaq Joze Mourinyo ilə çalışaraq çatmaqdan asan olar. Məncə, Neymar hazırkı klubunda bir az da səbr etməlidi. Messinin yaşı artdıqca təsir gücü də azalacaq. O zaman Neymar bu komandanın liderinə çevriləcək".  

"Yuventus" "Milan"la danışıqlara başlayıb

30 Mart 2017 12:49

"Yuventus" Matteo De Şilyonun transferi üçün hərəkətə keçib. Turin klubu italyan müdafiəçi ilə bağlı qarşı tərəflə danışıqlara başlayıb. "Qoca senyora" ona görə 15 milyon avro ödəməyə hazırdr. De Şilyonun "Milan"la müqaviləsi 2018-ci ildə başa çatır. "Rossoneri" yeni müqavilə imzalanmasını təxirə salıb. Goal.az