İkinci “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-Kimya” Beynəlxalq Forumu keçiriləcək
Aprelin 25-28-də Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital” Ltd şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş İkinci “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-Kimya” Beynəlxalq Forumu keçiriləcək.
30 Mart 2017 13:13 SosialAprelin 25-28-də Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın "Confidence Capital" Ltd şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş İkinci "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-Kimya" Beynəlxalq Forumu keçiriləcək. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, forumda Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarıın hasilatı, ixracı, ən son tendensiyalar və inkişaf perspektivləri təhlil ediləcək, ixrac bazarları, yerli və ixrac tələblərinin xüsusiyyətləri, xarici sərmayə axını, neft limanları, boru xətləri və dəmir yolları daxil olmaqla maddi-texniki infrastruktur barədə müzakirələr aparılacaq. Forumda Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR rəhbərliyinin təmsilçiləri, millət vəkilləri, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin hökumət nümayəndələri və transmilli neft-qaz şirkətlərinin rəhbərləri, treyderlər, analitiklər, bank strukturlarının təmsilçiləri iştirak edəcək. Forum öz işini 3 gün ərzində müxtəlif mövzular üzrə 8 sessiyada davam etdirəcək.