Gündəm
"Eşşək əti zərərli deyil"
Statistika Komitəsinin son məlumatlarında ölkədə eşşəklərin sayının kəskin azalması əhalidə narahatlıq yaradıb. Bəziləri eşşəklərin kəsilərək insanlara mal əti adı altında satıldığını düşünür.
"Məmurların zəbt etdikləri torpaqların araşdırılması üçün komissiyası yaradılsın"
Biz məhsuldarlığı artırmaq, ərzaq təhlükəsizliyinə nail olmaq istəyiriksə, mütləq boş torpaqları əkinə cəlb etməliyik. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev bildirib.
"Ermənistan işğal etdiyi əraziləri geniş istismar edir"
"Geostrategic Pulse" jurnalında "İnsan əzablarının pula çevrilməsi (İşğal yolu ilə kapital və qazancın əldə edilməsi: işğal olunmuş ərazilərdə korporativ qaydada insan haqlarının pozulması)" adlı məqalə dərc olunub.
Xəzərdə fırtına həyəcanı: Neftçilər evakuasiya edildi
Martın 31-də dənizdə fırtına gözlənilir. Artıq bu barədə SOCAR-a Milli Hidrometeorologiya Bürosundan telefonoqram göndərilib. SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, bütün mədənlərə xəbərdarlıq edilib.
Yunus Oğuzun kitabı polyak dilində çap edilib
Yazıçı, dramaturq, publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun müəllifi olduğu kitablar təkcə ölkə daxilində deyil, eləcə də ondan kənarda böyük maraq doğurur. Türkiyə, Rusiya, Böyük Britaniya, Orta Asiya respublikalarından sonra, Polşada yazıçının əsərləri maraqla qarşılanıb. “OLAYLAR”-ın xəbərinə görə, bu günlərdə Yunus Oğuzun “Şah arvadı və cadugər” kitabı polyak dilində işıq üzü görüb. Kitabın yaxın vaxtlarda təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.
İmişli Rayon Məhkəməsinin yeni binası istifadəyə verilib
İmişli rayonunda dövlət büdcəsi hesabına müasir tələblərə uyğun inşa olunmuş yeni məhkəmə binasının açılışı olub.
GUAM-ın Mədəniyyət və Turizm üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
Ukraynanın Kiyev şəhərində Demokratiya və İqtisadi Inkişaf naminə Təşkilat GUAM-ın Mədəniyyət və Turizm üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
Sarkisyan Qarabağa iki döyüş vertolyotunun müşaiyəti ilə uçub
Ermənistan prezidenti Serj Sarkisyanın təhlükəsizliyi ilə bağlı tədbilər son vaxtlar xeyli gücləndirilib.
Deputat: "Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün hər cür şərait yaradılıb"
Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet sahədir və ölkədə kiçik və orta sahibkarlığa göstərilən dəstək əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılmasını təmin edir.
"Barselona" 4 oyuna Arda Turansız çıxacaq
"Barselona"nın və Türkiyə millisinin futbolçusu Arda Turan 3 həftəyədək sıradan çıxıb. Tibbi müayinə nəticəsində 30 yaşlı yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb. "Ay-ulduzlular"ın düşərgəsində ikən xəsarət alan Arda Moldova ilə yoldaşlıq görüşünü buraxmalı olub.
Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti
Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.
Bədənində döymə olanlara diqqət!
Amerikada aparılan araşdırmaya görə, bədənindəki döymə sayı çox olan insanların immunitet sistemi olduqca qüvvətli olur. Döymə sayı artdıqca immunitet güclənir.
İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq
İbtidai sinif dərsliklərindən şagirdlər üçün əhəmiyyətinə görə ikinci dərəcəli hesab olunan, eləcə də onlar üçün ağır sayılan terminlər çıxarılacaq.
Qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin sayı artıb
Azərbaycanda qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən xidmətlərin sayı artırılıb. Nazirlər Kabineti bununla bağlı "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib.














