Gündəm

Silahlı birləşmə yaratmaqda təqsirləndirilən azərbaycanlı İnterpola verildi

30 Mart 2017 12:06

Daha bir azərbaycanlı beynəlxalq axtarışa verilib. 1980-ci ildə Quba rayonunda anadan olmuş Ramil Omarovİnterpol xətti ilə axtarışa verilib. 

Ombursman təsilçiləri DTX-nin istintaq təcridxanasına baş çəkiblər

30 Mart 2017 12:04

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər. 

Düz bağırsağında heroin keçirmək istədi

30 Mart 2017 12:01

“Qoşa Təpə” gömrük postunda narkotik vasitə aşkarlanıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.Yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) 3 ədəd bükümdə, xalis çəkisi 14 qram olan narkotik vasitə – heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

“İRƏLİ” sədri Misir Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb 

30 Mart 2017 11:59

“İRƏLİ” İctimai Birliyin sədri MirHəsən Seyidov və təşkilatın əməkdaşları Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elayd və köməkçisi Kəmalə İskəndərova ilə görüşüb. İctimai Birlikdən “OLAYLAR” -a bildirilib ki, görüş zamanı İslam ölkələrinin gənclər təşkilatlarının birlikdə əməkdaşlığı haqqında müzakirələr, Mərkəzin təşkil etdiyi sərgilərə birlikdə əməkdaşlıq çərçivəsində ekskursiyaların olması, bu əməkdaşlığın Azərbaycan gəncliyinin maariflənməsində böyük rolu olacağı qeyd olunub.

Aprel döyüşləri böyük tarixi qələbəmizdir

30 Mart 2017 11:57

“Aprel döyüşləri bizim böyük tarixi qələbəmizSüdir. Bu döyüşlər zamanı Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov səsləndirib.

Fransa mətbuatı Azərbaycan torpaqlarının işğalından yazıb

30 Mart 2017 11:51

Fransanın nüfuzlu "Libération" qəzeti "Ermənistan- Azərbaycan: Fransa münaqişəsinin sülh yolu ilə həllinə çalışmalıdır" başlıqla yazı dərc edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yazının müəllifi “Paris Azərbaycan Evi”nin rəhbəri, Azərbaycanın Dostları Assosiyasiyasının Baş katibi Mirvari Fətəliyevadır.

Külli miqdarda siqaret aşkar olundu

30 Mart 2017 11:50

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "Vaz 21074" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaretlərin olması barədə məlumat daxil olub.

Prezident İlham Əliyev Saatlı rayonuyla bağlı sərəncam imzaladı

30 Mart 2017 11:49

Prezident İlham Əliyev Saatlı rayonunun Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Wikipedia.org" ensiklopediyasının Azərbaycana dair özbəkdilli versiyası yaradılır

30 Mart 2017 11:43

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə 2016-cı ildən "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasının (BEE) Azərbaycan ilə bağlı özbək dilində versiyası yaradılır.

Dağlıq Qarabağ  münaqişəsində üç olmaq lazımdır

30 Mart 2017 11:34

Son zamanlar Fransa mətbuatında Azərbaycan və Ermənistan arasında artıq bir neçə onillik ərzində davam edən və vaxtaşırı qanlı hadisələrlə müşayiət olunan Dağlıq Qarabağ münaqişəsi barədə analitik yazıların sayı nəzərəçarpan dərəcədə artmışdır. Bu bir tərəfdən, Fransanın münaqişənin sülh yolu ilə həllinə çalışan Minsk Qrupunun həmsədrlərindən biri olması ilə bağlıdırsa, digər tərəfdən, son illərdə Azərbaycan həqiqətlərinin Fransada daha geniş yayılmasından və nəticədə uzun müddət həll olunmamış qalan bu münaqişəyə elmi, siyasi və diplomatic dairələrdə marağın artmasından qaynaqlanır. Bu münaqişənin həllinə dair baxışların şərh olunduğu məqalələrdən biri bu günlərdə “Huffington Post” qəzetində dərc olunmuşdur.

ABŞ-ın Azərbaycana dair viza tələblərində dəyişiklik olmayıb 

30 Mart 2017 11:32

ABŞ-ın Azərbaycan vətəndaşlarına aid viza ilə bağlı tələblərində heç bir dəyişiklik olmayıb. Bu barədə  ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Məlumatda qeyd edilib ki, Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən verilən sərancamlarla bağlı son məlumatları www.whitehouse.gov saytından əldə etmək mümkündür. Viza qaydaları və prosedurları ilə bağlı məlumat www.travel.state.gov və https://azerbaijan.usembassy.gov/ saytlarında mövcuddur.

İqtisadçı: “Qeyri-neft sektorunun ÜDM-dəki xüsusi çəkisi artıq 70%-ə çatıb” 

30 Mart 2017 11:30

“Hazırda dünya iqtisadiyyatında keyfiyyətcə yeni dəyişikliklər baş verməkdədir. 4-cü sənaye və ya rəqəmsal inqilabın baş verdiyi bir dövrdə iqtisadi subyektlər arasında münasibətlər, onların xarakteri və rəqabət üstünlüklərinin mənbələri dəyişməkdə və bir çox hallarda gözlənilməz xarakter almaqdadır. İnformasiya texnologiyalarının tətbiqinin rəqabət üstünlüyü yaratdığı bir dövrdə neftin dünya bazarında qiymətlərinin kəskin düşməsi, enerji mənbələri kimi alternativ enerjilərdən geniş istifadə olunması iqtisadiyyatların tsiklik inkişaf dövrlərinə də təsir edib”. Bunu iqtisadçı-eskpert Tahir Mirkişili deyib.

Məhkumlarla görüş keçirilib

30 Mart 2017 11:27

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir.

Millət vəkili həmsədrləri tənqid etdi

30 Mart 2017 11:28

“ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin təmsilçilərinin regiona səfərlərindən sonra Dağlıq Qarabağla bağlı verdikləri son açıqlama da konfliktin həllinə yox, onların vəziyyəti öz nəzarətləri altında saxlamalarına yönəlib”.

Ermənilər 143 dəfə atəşkəsi pozub

30 Mart 2017 11:25

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 143 dəfə pozub.