Millət vəkili həmsədrləri tənqid etdi

“ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin təmsilçilərinin regiona səfərlərindən sonra Dağlıq Qarabağla bağlı verdikləri son açıqlama da konfliktin həllinə yox, onların vəziyyəti öz nəzarətləri altında saxlamalarına yönəlib”.

"ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin təmsilçilərinin regiona səfərlərindən sonra Dağlıq Qarabağla bağlı verdikləri son açıqlama da konfliktin həllinə yox, onların vəziyyəti öz nəzarətləri altında saxlamalarına yönəlib". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib: "Həmsədrlər bildirirlər ki, cəbhə xəttində atəşkəs rejiminə əməl olunması "gələcəkdə danışıqların davam etdirilməsi üçün gərəkən etimad mühitinin yaradılması üçün mühüm əhəmiyyət daşıyır". Biz də soruşuruq, yaxşı-pis 23 il atəşkəsə əməl olunub, bəs problemin həllində irəliləyiş niyə yoxdur?! "Etimad mühiti"ndən danışırsınız, torpaqları illərdir işağal altında olan bir ölkə işğalçıya necə ehtimad edə bilər, bu mümkündürmü? Əlbəttə, mümükün deyil. Əgər həmsədrlər doğrudan da ehtimad mühiti formalaşdırmaq istəyirlərsə, onda işğalçını BMT Təhlükəsizlik Şurasının bəlli qətnamələrini yerinə yetirmək üçün konkret addımlar atmağa, ən azından substantiv danışıqlara başlamağa səsləməlidirlər. Belə bir çağırış yoxdursa, nəinki işğalçıya, həmsədlərin özlərinə belə ehtimaddan danışmaq absurddur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31