“İRƏLİ” sədri Misir Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb
“İRƏLİ” İctimai Birliyin sədri MirHəsən Seyidov və təşkilatın əməkdaşları Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elayd və köməkçisi Kəmalə İskəndərova ilə görüşüb. İctimai Birlikdən “OLAYLAR” -a bildirilib ki, görüş zamanı İslam ölkələrinin gənclər təşkilatlarının birlikdə əməkdaşlığı haqqında müzakirələr, Mərkəzin təşkil etdiyi sərgilərə birlikdə əməkdaşlıq çərçivəsində ekskursiyaların olması, bu əməkdaşlığın Azərbaycan gəncliyinin maariflənməsində böyük rolu olacağı qeyd olunub.
30 Mart 2017 11:59 Sosial"İRƏLİ" İctimai Birliyin sədri MirHəsən Seyidov və təşkilatın əməkdaşları Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elayd və köməkçisi Kəmalə İskəndərova ilə görüşüb. İctimai Birlikdən "OLAYLAR" -a bildirilib ki, görüş zamanı İslam ölkələrinin gənclər təşkilatlarının birlikdə əməkdaşlığı haqqında müzakirələr, Mərkəzin təşkil etdiyi sərgilərə birlikdə əməkdaşlıq çərçivəsində ekskursiyaların olması, bu əməkdaşlığın Azərbaycan gəncliyinin maariflənməsində böyük rolu olacağı qeyd olunub. Misir Mədəniyyət və Təhsil əlaqələri mərkəzi Azərbaycanda 19 ildir ki, fəaliyyət göstərir. Mərkəz Azərbaycan dövlətinin rəsmi qurumları ilə əməkdaşlıq edir. Sonda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri üzərində Qədim Misirə aid təsvirlər olan papirus kağızını "İrəli" İctimai Birliyinə hədiyyə edib.